«Düşmənlə yataqda» () — 1991-ci ilin psixoloji triller filmi. Rejissoru Cozef Ruben olan və baş rollarda Culiya Roberts və Patrik Berginin çəkildiyi ABŞ filmi.

Məzmun Lora və Martin dördüncü ildir ki, evlidirlər. Xoşbəxt və şanslı həyat yoldaşlarına bənzəyirlər. Ancaq xarici əmin amanlıqın arxasında heç xoşbəxt bir münasibət dayanmır. Martin uzun illərdir ki, Loranı kiçik qanun pozuntularına görə döyərək cəzalandırır, buna, həm qonşusuna Loranı qısqanmağı, həm Loranın pedantik tələblərə tam riayət etməməsi və s. səbəb olur. Neçə illər dözüb heç nə edə bilməyən Lora, bir gün dənizə çıxan zaman öz ölümünü saxtalaşdıraraq evdən qaçır. O, Ayova ştatında bir şəhərcikdə məskunlaşaraq həyatını təzə adla, təzə səhifə ilə başlayır. Martin Loranı dəfn etdikdən bir müddət sonra çoxsaylı səbəblərə görə Loranın sağ olduğunu anlayaraq onun axtarışına başlayır.

Xarici keçidlər

Kateqoriya:Boston haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:ABŞ-nin neonuar filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin erotik filmləri Kateqoriya:1990-cı illərin erotik filmləri Kateqoriya:Erotik triller filmləri Kateqoriya:Cinsi oyanma Kateqoriya:ABŞ-nin triller dram filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Dramlar Kateqoriya:Məişət zorakılığı haqqında filmlər Kateqoriya:Stalkinq haqqında filmlər Kateqoriya:1991-ci ilin filmləri