Komrat (, , ) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur.Açıq Söz — Viktor Volkov icra başçısı seçilib

Adı Komrat adı yerli tatar (qaqauz) dilindən "kömür at" (kömür rəngli at, qara at) ifadəsindən gəlməsi ehtimal olunurhttps://ibn.idsi.md/sites/default/files/imag_file/81_90_Toponimia%20Bugeacului_aspecte%20si%20conexiuni%20interdisciplinare%20%28III%29.pdf Anatol EREMIA Toponimia Bugeacului: aspecte și conexiuni interdisciplinare (III) Comrat, oraș în Găgăuzia (din num. trib. tăt. komrat / komürat); və şəhər gerbində həmin at təsvir olunub. Köhnə əlifba ilə کومرات kimi yazıldığına görə bunu bir neçə cür oxumaq olur: Kömürat > Kömrat > Komrat. Bunun haqqında bir xalq sözü var: “...yaşamak erinin saabisi tatarmış, Orumbet Oglu adıymış. Onun bir beygiri Komur at varmış. At yarışmakların çoyunda o ensärmiş. Bu beygirin adını tatar küüyünä koymuşlar...” — "yaşayış yerinin sahibi tatar imiş, adı Or Məhəmməd Oğlu imiş. Onun "Kömür At" adında bir atı var imiş. At yarışlarının çoxunu o udurmuş. Bu atın adını Tatar kəndinə qoymuşlar."

Əhali 1989: 25,800World Gazetteer. "Comrat ". 22 sentyabr 2006. 1991: 27,500 1996: 27,400 2004: 23,429 2006: 22,369 2014: 26,000

İqtisadiyyatı Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var.

Tanınmış Komratlılar Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi İrina Vlax — Qaqauziya başqanı Pyotr Draqanov — rus filoloq

Qardaş şəhərlər ÖlkələrŞəhərlərPendik, Hendek, Sapanca, Küçükkuyu, IspartaMoskva, Qroznı, BavlıBolqradErjebetvaroş (Budapeştin 7-ci rayonu)Lefkoşa, Tatlısu

İqlimi Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir. Komrat üçün iqlim məlumatıAyYanFevMarAprMayİynİylAvqSntOktNoyDekİllikOrtalama yüksək °C0.72.27.615.821.825.227.126.922.7168.63.414.83Ortalama gündəlik °C -2.5 -13.610.716.419.821.521.116.910.950.410.23Ortalama alçaq °C -5.7 -4.1 -0.35.611.114.51615.311.25.91.5 -2.55.71Atmosfer yağıntıları (mm-lə)313530395171604444263435500

İstinadlar

Kateqoriya:Qaqauziya Kateqoriya:1789-cu ildə yaranmış dövlətlər və ərazilər