Musa (; ) — Allahın elçisi, Misirdə doğulmuş ibrani peyğəmbər. Musa İslam, xristianlıq, yəhudilik və bəhailik kimi İbrahimi ənənələrdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Haqqında Tövratda, İncildə və Quranda danışılır.
Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Çıxış kitabına görə Musa öz qövmünün yəni əsarət altına alınmış azlıq israil xalqının sayının artdığı bir vaxtda dünyaya gəldi və buna görə də Firon israillilərin Misirin düşmənləri ilə əməkdaşlıq edəcəyindən narahat idi. Firon israillilərin sayını azaltmaq üçün bütün yeni doğulmuş ibrani oğlan uşaqlarını öldürməyi əmr edəndə Musanın anası Yohebed onu gizlədir. Fironun qızı Bitiya körpə Musanı Nil çayının yaxınlığında tapıb onu böyütmək istəyəndə Musa fironun ailəsi ilə birlikdə böyüyür.
Musa bir misirlinin ibranini döydüyünü görür. Ətrafda heç kimin olmadığını anlayanda misirlini öldürüb qumda gizlədir. Ertəsi gün gedəndə iki ibraninin döyüşdüyünü görür. Haqsızlara "Qardaşını niyə döyürsən?" o soruşur. Kişi dedi: "Səni kim bizə hökmdar və hakim təyin etdi? Misirlini öldürdüyün kimi məni də öldürmək istəyirsən?
Musa qorxur: "Bu gizli iş açıldı" deyə fikirləşir və Midyan bölgəsinə gedir.
Orada, Horeb dağında yanan koldan çıxan Rəbbin mələyi ilə qarşılaşır və onunla söhbət edir. Yehova Musanı Misirə elçi kimi geri göndərir. Dili daha düzgün olan böyük qardaşı Haruna Musanı müşayiət etməyi əmr edir.
On bəladan sonra israillilər Misiri tərk edərək Musanın on əmri aldığı Sinay dağına yerləşirlər. Bu yaşayış yerlərindən biri bu gün də mübahisəli mövzudur: Yam Suf; Qamış suyu və ya əfsanəvi adı ilə Qırmızı dəniz.
Tövratın ikinci kitabı olan Çıxışa görə, Musa israillilərlə birlikdə Misirdən qaçarkən əsa ilə dənizə çırpılmış, dəniz ikiyə bölünmüş, İsrail oğulları keçdikdən sonra qrupun ardınca gələn Firon və əsgərləri, dənizin altında boğulmuşlardı. İbranicə Tövratda Yam Suf ("Qamış suyu") kimi xatırlanır və ingilis dilində "Red Sea" oxunur. Bu deyimin zaman keçdikcə pisləşərək "Qırmızı dəniz" kimi istifadə olunmağa başladığı qəbul edilən fikirlərdəndir.
Musa təxminən 40 il bu ölkədə yaşadıqdan sonra Vəd edilmiş torpaqda — Nebo dağında öldü.
Məşhur inancın əksinə olaraq, dünyəvi mənbələr Musa ilə Tövrat arasında tarixi bir əlaqə görmürlər. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə tövratın yazılması arasında min ilə yaxın vaxt var. Musa haqqında ilk yazılı mənbələrin Babil sürgünü zamanı yazılmış mənbələr olduğuna inanılır.https://www.google.com/books/edition/_/bk7_CMIAQOsC?hl=en&gbpv=1&pg=PA10|başlık=Moses : Heroic Man, Man of God|sayfalar=10ff (p. 11 Albright; pp. 29–30, Noth)|yayıncı=A&C Black|yıl=1988|ad=George W.|soyadı=Coats
Dinə əsasən, Allah tərəfindən ona Tövrat göndərilmişdir. Fironu Allah yoluna çağırmış, lakin firon ona inanmayıb coşqun sularda boğulmuşdur. Musa peyğəmbər Şüeyb peyğəmbərin kürəkəni Harun peyğəmbərin kiçik qardaşıdır.
İslamda yeri
Quranda yeri Quranda adı 136 dəfə keçmişdir. O, 5 Ulul-əzm peyğəmbərdən biridir. Quranda Musanın həyat və hekayəsindən əsasən bəqərə, əraf, yunus, hud, taha, qəsəs, şuəra, nəml, mumin və başqa surələrdə danışılır.
Hədislərdə yeri
Xristianlıqda yeri
Filmoqrafiya
On əmr (1923, film) On əmr (1956, film)
Həmçinin bax Musanın övladları
İstinadlar
Xarici keçidlər İslamaqədərki dünya Musa peyğəmbər və Xızır
Kateqoriya:Yəhudi Bibliyası peyğəmbərləri
Kateqoriya:Övladlıqlar Kateqoriya:Dinlərin baniləri Kateqoriya:Mifologiya və əfsanələrdə qəhrəmanlar Kateqoriya:Xristianlıq Kateqoriya:İlahi komediya personajları Kateqoriya:Tövratda xatırlananlar Kateqoriya:Yəhudi mifologiyası