Şamil Bisenqali oğlu Əbiltay (; ) — sovet və Qazaxıstan bəstəkarı.

Həyatı II Dünya Müharibəsində döyüşən atası Bisenqali Əbiltay anası Əzirxanım Abdirovna ilə kollektiv təsərrüfatın işçiləri idilər. Babası Əbiltay məşhur küyşi idi. Şamil Əbiltay dörd yaşından dombra çalmağa başlamışdır. 1974-cü ildə Voronej şəhərində keçirilən xalq çalğı alətləri üzrə ümumittifaq ifaçılar müsabiqəsinin laureatı, 1980-ci ildə Qazaxıstan Lenin komsomolu mükafatı laureatı, 1994-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən Qurultayda bütün türk dünyasının "Ozanı" (carçı) adlandırıldı. 1998-ci ildə "Qazaxıstanın əməkdar xadimi", 1999-cu ildə isə Karaqanda vilayətinin Ulıtau rayonunun fəxri vətəndaşı adlarına layiq görüldü.

1962-ci ildə Quryev Musiqi Məktəbinə qəbul olur, 1966-cı ildə oranı bitirir. 1966-1972-ci illərdə Almatıdakı Kurmanqazı Konservatoriyasında təhsil alırdı. 1972-ci ildən etibarən Cambul adına Qazaxıstan Dövlət Filarmoniyasında küyşi üzrə müəllimik etməyə başladı və burada 13 il işlədi. 1985-1988-ci illərdə Qazaxıstan Radiosunun musiqi redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır.

Onun yazdığı incəsənətə aid məqalələr respublika dövri nəşrlərinin səhifələrində dərc olunurdu. 70-ci illərin əvvəllərindən 80-ci illərin ortalarına qədər Qazaxıstan televiziyasında "Dombıra-dastan" adı altında musiqi və maarifləndirici verilişlər aparırdı.

Əbiltayın dombraçı sənətinə Koşeli, Kameş və Serkebay kimi məşhur küyşilər təsir etmişdir. O, Kurmanqazı, Dina, Abıl və Mamenin əsərlərini usta ifaçısıdır.

İstinadlar

Ədəbiyyat

Абильтай, Шамиль // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.

Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:Qazaxıstan bəstəkarları