İlqar İlkin (Bayraməliyev İlqar Bayraməli oğlu; ) — Birlik jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və Ulduz jurnalının redaksiya heyətinin üzvü.
Həyatı Bayraməliyev İlqar Bayraməli oğlu 1972-ci ildə Gürcüstan, Saqareco rayonu, Qaraçöp mahalında anadan olub.
Ailəsi Ailəlidir. Bir oğlu, bir qızı var.
Təhsili 1979-cu ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olub, 1989-cu ildə Bakı şəhəri, 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. 1990-95-ci illərdə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsində filoloq ixtisası üzrə təhsili alıb.
Fəaliyyəti
Mətbuat və diaspor fəaliyyəti Tələbəlik illərindən yaradıcılıq fəaliyyətilə aktiv şəkildə məşğul olub və şeirlərim aparıcı qəzet və jurnallarda nəşr olunub. 100-ə yaxın kitabın redaktoru olub. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvüdür. 1998-ci ildə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyinin əsas yaradıcılarından biri olub, 2004-ci ildən təşkilatın Məclis sədri olub.
1993-cü ildən “Yurddaş” qəzetində müxbir kimi fəaliyyətə başlayıb və 2000-ci ilə qədər müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri, redaktor kimi fəaliyyət göstərib.
2001-2005-ci illər ərzində Milli QHT Forumunun mətbuat xidmətinin rəhbəri, eyni zamanda BMT-nin Təlim və Resurs Mərkəzinin dəstək verdiyi “QHT bülleteni”nin redaktoru olub.
2005-2009-cu illərdə Türkiyə Cümhuriyyətində yaşadığı müddətdə biznes fəaliyyətilə yanaşı, Türkiyədəki Azərbaycan diaspora təşkilatları ilə də aktiv əməkdaşlıq edərək, diaspora təşkilatlarının işinə yardım edib.
2009-cu ildən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, təşkilatın təsis etdiyi “Birlik” jurnalının baş redaktorudur. Eyni zamanda 2013-cü ilin aprel ayından Milli QHT Forumunun Diaspora və Lobbiçilik departamentinin rəhbəri təyin olunub.
Kitabları 1996-cı ildə “Halal eylə bu sevgini” adlı şeirlər kitabı, 1998-ci ildə isə həm müəlliflərindən biri olduğu “Qaytarılan köç karvanı” publisistik kitabı.
Təltif və mükafatları 2014-cü ildə Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə 22 iyul Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbirdə Mətbuat Şurasının Ali Media Mükafatına layiq görülüb 2016-cı ildə Azərbaycan milli jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Mirzə Cəlil" Media Mükafatına layiq görülüb. 2017-ci ildə Belçika Türkcə Media Birliyi tərəfindən Türk dünyasına verdiyi töhfələrə və media əlaqələrinə görə təltif "Fəxri Diploma"layiq görülüb. 2018-ci ildə Azərbaycan-Türkiyə Evi və Azərbaycan Diasporu İnformasiya Mərkəzi tərəfindən diaspor və media sahəsində xidmətlərinə görə "Fəxri Diplom"da layiq görülüb. 2018-ci ildə Türk Dünyası Qəzetçilər Federasiyası tərəfindən Türkiyə Mətbuat Onur Günü ilə bağlı türk dünyasındakı fəaliyyətlərdən dolayı "Fəxri Fərmana"da layiq görülüb.
İstinadlar
Xarici keçidlər Rüstəm Behrudinin təlaşı Bakı qəhrəmanının oğlu 74 il sonra Vətəndə - Video Birlik" dərgisinin yeni №32 (Sentyabr 2019) sayı dərc olundu