Zofya Posmış ( ) — Polşalı yazıçı və ssenarist.
Bioqrafiyası 1942-ci ildən bəri alman Auşvitz və Ravensbrük konservasiya düşərgələrində saxlanılmışdır. Müharibədən sonra Varşavaya yerləşdi. 1952-ci ildə paytaxt universitetinin filologiya fakültəsini bitirib.
"Głos Ludu" qəzetinin redaksiyasında korrektor vəzifəsində işləmiş, sonra Polşa Radiosu ilə əməkdaşlıq etmişdir.
Yaradıcılığı Zofya Posmış 1945-ci ildə "Belsenden olan baş kəsənləri tanıyıram" adlı bir ədəbi xatirə kitabı ilə debüt edir. Yazıçı "45-ci kayutdan olan sənişin" radio pyesinə şöhrət qazanır. Eyni adlı bir kitab 1962-ci ildə nəşr olunur. Bu əsərə əsaslanaraq, polyak rejissoru Andrzey Munk ölümündən sonra 1963-cü ildə nümayiş olunan "Sərnişin" bədii filmini çəkir. 1968-ci ildə Posmış romanına görə, Moisey Vaynberq eyni adlı opera yazır. Mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən opera, SSRİ-də səhnəyə qoyulması qadağan edilirЗа что запрещали "Пассажирку" : Интервью с А. Медведевым // Российская газета — Столичный выпуск № 4256 (25.12.2006).. Bu əsər ilk dəfə 2006-cı ildə konsert versiyasında, 2010-cu ildə senari formatında səhnələşdirilir.
Seçilmiş əsərləri Belsenden olan baş kəsənləri tanıyıram / Znam katów z Belsen (1945) Sərnişin / Pasażerka (1962) Meşədəki dayanacaq / Przystanek w lesie (1965, hekayələr toplusu) Dözümlü yemişan / Cierpkie głogi (1966) — senari 1966-cı ildə Yanuş Beyxert tərəfindən ekranlaşdırılıb. Kiçik / Mały (1970) — senari 1970-ci ildə Yulian Cecima tərəfindən ekranlaşdırılıb. Antarktudada məzuniyyət / Wakacje nad Adriatykiem (1970) Mikriiqlim / Mikroklimat (1975) Ağaca oxşayan ağac / Drzewo do drzewa podobne (1977) Qiymət / Cena (1978) Koliferdən olan insan / Człowiek spod kaloryfera (1980) Elə həmin doktor M. / Ten sam doktor M. (1981) Dul və aşnalar / Wdowa i kochankowie (1988) Azadlığa, ölümə, həyata / Do wolności, do śmierci, do życia (1996)
Rus dilinə tərcümələr Sərnişin : [povest]. — M. : İncəsənət ədəbiyyatı, 1964. — 62 s. — (Roman-qəzeti; № 18 (318)). Qiymət : roman. — M. : İnfişaf, 1981. — 183 s.
Mükafatları Polşanın İntibah Ordeninin Cəngavər xaçı (1964) Polşa İntibah Ordeninin Zabit xaçı (1970) Radio şouları sahəsində nailiyyətlərə görə Polşa Radio və Televiziya Komitəsi Mükafatı (1976) Vitold Xuleviç adına mükafat (2007) Polşa mədəniyyətinin inkişafındakı yüksək nailiyyətlərə görə Polşa Mədəniyyət Nazirinin mükafatı (2008) və digərləri.
İstinadlar
Kateqoriya:Polşa uzunömürlüləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XX əsr qadın yazıçıları