Yevgeni Vasiliyeviç Rudakov (, ) — Sovet və rusiya əsilli ukraynalı futbolçu, qapıçı. SSRİ beynəlxalq dərəcəli idman ustası (1973). SSRİ-nin əməkdar idman ustası (1973).

Həyatı və karyerası Yevgeni Rudakov 2 yanvar 1942-ci ildə Moskvada anadan olmuş, 17 yaşında Torpedo Moskvanın gənclər komandasına yazılmış və dublla 2-ci yeri qazandı. Komandada güclü qapıçıların olması ilə əlaqədar olaraq 1961-ci ildə Nikolayev təmsilçisi Sudostroitel Mykolayivda oynamağa başladı. 1963-cü ildə Kiyev təmsilçisi Dinamo Kiyevə qoşuldu və 1964-1977-ci illərdə bu klubda oynadı.

Kiyev Dinamosu ilə 7 dəfə SSRİ çempionu olan Rudakov, eyni zamanda komandasının 3 dəfə SSRİ Kuboku qazanmasında da mühüm rol oynadı. Həmçinin Yevgeni komandasına 1974-75 mövsümündə UEFA Kuboklar Kubokunun və 1975-ci il UEFA Superkubokunu qazanmasına da kömək etdi.

Bundan əlavə SSRİ milli futbol komandasının heyətində 42 matç keçirmişdir. SSRİ yığması ilə 1972-ci ilin Futbol üzrə Avropa çempionatında finalına vəsiqə qazanmağlarına baxmayaraq final matçında Qərbi Almaniyaya 0-3 hesabı ilə məğlub olub gümüş medal qazandı. Milli komandadakı yoldaşları Revaz Dzodzuaşvili və Murtaz Xurtsilava ilə birlikdə çempionatın rəmzi komandasına daxil edildilər. Həmin rəmzi komandaya onlarla yanaşı - Frans Bekkenbauer, Paul Braytner, Uli Xöness, Günter Netzer, Herbert Vimmer, Raul Lamber, Yupp Haynkes və Gerd Müller daxil edilmişdi.

O cümlədən SSRİ Olimpiya komandası ilə 6 oyuna çıxan Rudakov 1972 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdı.

Rudakov 1971-ci ildə SSRİ-də ilin futbolçusu, 1969, 1971 və 1972-ci illərdə SSRİ-nin ən yaxşı qapıçısı seçildi. Eyni zamanda 1971 və 1972-ci illərdə Qızıl topu qazanmaq uğrunda mübarizə aparmışdır.

Məşqçi kimi Spartak İ-F, 1980-ci illərdə Kiyevdəki Zmina klubunda, 1990-cı illərdə idman internat məktəbində, sonra V. Lobanovski adına Kiyevin Dinamo gənclər məktəbində çalışmışdır.

21 dekabr 2011-ci ildə Ukraynanın paytaxtı Kiyevdə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 1968 futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Ukrayna Premyer Liqası məşqçiləri Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:1972 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları Kateqoriya:Olimpiya bürünc medalına sahib SSRİ idmançıları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Kişi futbol qapıçıları