"Azərbaycan animasiyası" - Azərbaycanın animasiya tarixinə həsr olunan kitabdır. Bu kitabın siqnal nüsxəsi 2017-ci ildə Praqada təqdim olunub, 2018-ci ildə isə Bakıda çapdan çıxıb. Kitabın ilk rəsmi təqdimatı I Animafilm Festivalında baş tutub.
Ümumi məlumat Azərbaycan və Avropa kinoşünaslarının səyi və tədqiqatları nəticəsində oxucular Azərbaycanda incəsənətin bu növünün inkişafı barədə çox sayda yeni məlumatlar əldə ediblər. Kitabda animasiya sahəsində çalışan rejissor və rəssamların təqdim etdiyi unikal materiallar ilk dəfə çap edilib.
Bu kitab bir ildən çox davam edən kollektiv tədqiqatların nəticəsidir. 13 Azərbaycan və Avropa kinoşunası 19 məqalə hazırlamışlar.
Kitab iki dildədir: hər bir fəsli azərbaycan və rus dillərində oxumaq olur.
Kitabın yazılmasında rejissorlar və cizgi filmi rəssamlarının əvəzsiz rolu var. Onlar məqalələrin müəlliflərinə öz yaradıcılıq fəaliyyətləri və istehsalın texniki təfərrüatları barədə məlumat vermiş, həmçinin bəzilərinin ilk dəfə işıq üzü gördüyü qiymətli materiallar təqdim etmişlər.
"Azərbaycan animasiyası" kitabı tək Azərbaycanda deyil, başqa ölkələrdə də yaşayan insanların dəstəyi ilə ikiillik kraudfandinq kampaniyasının nəticəsi olaraq çap edilib. Kitabın layihəsini maddi cəhətdən 100-dən artıq insan dəstəkləyib.
Müəlliflər
İdeya müəllifi, tərtibatçı, məsul redaktor: Rəşid Ağamalıyev Müəlliflər: Aydın Kazımzadə, Sevinc Əzimova, Rəşid Ağamalıyev, Gennadi Tişşenko, Karolina Çijkova, Aygün Aslanova, Aliyə Dadaşova, Andrey Hovanets, Kəmalə Rzayeva, Dadaş Məmmədov, Elçin Orucov, Leyla Novruzi, Olqa Ağamalıyeva Baş məsləhətçi: Elçin Hami Axundov Məsləhətçilər: Firəngiz Qurbanova, Şamil Nəcəfzadə, Məsud Pənahi, Vahid Talıbov, Arif Məhərrəmov, Gennadi Tişşenko, Ramiz Ağayev, Rafiz İsmayılov, Yefim Abramov Üz qabığının rəssamı: Andrea Feytkova Fotoqraf: Ceremi Moraxan Şəkillərin bərpası: Kəbirə Həşimova Kompüter tərtibçisi: Faiq Əliyev Naşir: “PERİ FİLM” MMC, 2018-ci il
Mündəricat
Giriş - Rəşid Ağamalıyev Azərbaycan animasiya kinosunun neçə yaşı var? - Aydın Kazımzadə Ağanağı Axundov – Azərbaycan animasiyasının banisidir? - Rəşid Ağamalıyev “Azərbaycanfilm” kinostudiyası nəzdində animatorlar kursu - Gennadi Tişşenko Azərbaycan animasiyasında Cırtdan obrazı - Karolina Çijkova Rejissor Şamil Nəcəfzadə - Rəşid Ağamalıyev Azərbaycan animasiya kinosunun ədəbiyyatla əlaqələri - Sevinc Əzimova Rejissor Firəngiz Qurbanova və “Birlik” studiyası - Rəşid Ağamalıyev Vaqif Behbudovun uşaqlar və yeniyetmələr üçün çəkdiyi filmlər - Sevinc Əzimova Rejissor Məsud Pənahi - Rəşid Ağamalıyev Elçin Hami Axundovun film yaradıcılığı - Sevinc Əzimova Azərbaycan cizgi filmlərində sosial mühitin təsviri - Aygün Aslanova 1990-cı illərin əvvəlində Azərbaycan animasiya kinosunda mövzu və üslub axtarışları - Sevinc Əzimova Öz zamanını görə bilən münəccim. “Münəccimin şagirdi” filmi haqqında - Aliyə Dadaşova Seans: filmin nümayişi – görüşün ekzistensional təcrübəsi - Andrey Hovanets Rejissor Rasim İsmayılov - Kəmalə Rzayeva Nazim Məmmədov. Azərbaycan vizual sənətinin tarixində parlaq iz qoymuş insan - Dadaş Məmmədov Rejissor Gennadi Tişşenko ilə müsahibə - Rəşid Ağamalıyev “Tartoniks” animasiya studiyası - Elçin Orucov İran Azərbaycanda animasiya filmləri - Leyla Novruzi Praqada «Animasiya filmlərinin sehri» sərgisi - Olqa Ağamalıyeva Kraudfandinq - Rəşid Ağamalıyev “Azərbaycan animasiyası” kitabının nəşrinə yardım göstərmiş şəxslərin siyahısı - Rəşid Ağamalıyev Azərbaycan animasiya sahəsində çalışanlar - Rəşid Ağamalıyev Azərbaycanda və xaricdə azərbaycanlılar tərəfindən çəkilən animasiya filmlərin siyahısı - Rəşid Ağamalıyev Müəllifər haqqında
Həmçinin bax Azərbaycan cizgi filmlərinin siyahısı Azərbaycan Animasiya Muzeyi Azanfilm Animafilm Beynəlxalq Animasiya Festivalı Azərbaycan Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evi Balans Studiyası Cırtdan TV
Mənbələr
İstinadlar
Ədəbiyyat
II ANİMAFİLM-in kataloqu. 76-77 s. Vision of Azerbaijan: Bringing Azerbaijani Animation to Life (Martha Lawry).
Xarici keçidlər
"Azərbaycan animasiyası" kitabın rəsmi Facebook səhifəsi "Azərbaycan animasiyası" kitabı Google books-da
Kateqoriya:2018-ci ilin kitabları