Anton Rudolf Yozef Hubert fon Vinzor (7 iyun 1844, Yaroslavitse, Moraviya – 30 aprel 1910, Bratislava, Macarıstan krallığı)Genealogisches Handbuch des Adels. Starke, 1957, S. 528. – Avstriya-Macarıstan ordusunun zabiti. 1907–1909-cu illərdə Bosniya və Herseqovinaya başçılıq edirdi.
Atası dövlət dərəcsində böyük hörmətə sahib idi. Anton fon Vinzor Terezian akademiyasında təhsil almışdır. 1898-ci ildə general-mayor, 1902-də feldmarşal-leytenant və 1908-ci ildə isə süvari generalı rütbəsini qazanmışdır.Antonio Schmidt-Brentano: Österreichisches Staatsarchiv, Wien 2007, S. 203. 1892–1898-ci illərdə Bratislavada yerləşən 5-ci ordu korpusunun qərargah rəisi vəzifəsini icra edirdi.Corps Commanders and Chiefs of Staff 1883–1918. austro-hungarian-army.co.uk
Vinzor 1907-ci il iyun ayının 30-dan 1909-cu il mart ayının 7-dək Bosniya və Herseqovina kondominiumunun başçısı kimi xidmət edirdi. Məhz onun rəhbrəliyi vaxtı Avstriya-Macarıstan İmperiyası onun idarə etdiyi ərazini ilhaq etdi. Eyni zamanda o, Sarayevodaki 15-ci ordu korpusunun komandiri idi. Həmçinin, o, ömrünün sonunadək Bratislavadakı 5-ci ordu korpusunun komandiri olaraq xidmət etmişdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avstriya baronları