Alber Kamü (; ) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə "Yad", "Taun", "Sizif haqqında mif", "Çöküş" və "Üsyan" daxildir.
Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı. Kamü iki dəfə evləndi, ancaq evlilikdən kənar münasibətləri də var idi. O, siyasi olaraq da aktiv idi: totalitar olduğu üçün Sovet İttifaqına qarşı çıxan solçu idi. Kamü moralist idi və anarxo-sindikalizmi qəbul edirdi. O, Avropa inteqrasiyası üçün çalışan çox sayda təşkilatda fəaliyyət göstərirdi. Kamü Əlcəzair müharibəsində (1954–1962) tərəfsizliyini və multikultural və plüralistik Əlcəzair tərəfdarı olduğunu bildirdi. Belə mövqe mübahisələrə səbəb oldu və çoxları tərəfindən qəbul edilmədi.
Fəlsəfi olaraq Kamünün fikirləri absurdizm olaraq bilinən fəlsəfənin yüksəlməsində rol oynadı. O, həmçinin, ekzistensialist olaraq bilinirdi, baxmayaraq ki, bu ifadəni həyatı boyunca qəbul etməmişdi.
Həyatı
Erkən illər və təhsil 200px|right|thumb|Əlcəzair Universitetinin 20-ci əsrdəki poçt markası Albert Kamü 7 noyabr 1913-cü ildə Fransa Əlcəzairinin Mondovi (hal-hazırda Drean) şəhərində, işçi təbəqə məhəlləsində doğulmuşdu. Onun anası Katerin Helene Kamü (evlilikdən əvvəl soyadı Sintes) ispan-balearik kökənli fransız idi. Kasıb fransız təsərrüfat işçisi olan atası Lüsyen Kamü Birinci Dünya müharibəsi dövründə 1914-cü ildəki Marna döyüşündə öldüyündən Kamü atasını görməmişdi. Kamü uşaqlığında anası və digər qohumları ilə birlikdə, böyük yoxsulluq içərisində Əlcəzair şəhərinin Belkour hissəsində yaşadı. O, Fransanın 1830–1962-ci illərdə müstəmləkəsi olan Əlcəzairdəki fransızların ikinci nəsli idi. Onun ata babası öz dövründəki digər fransızlarla birlikdə daha yaxşı həyat sürmək üçün 19-cu əsrin ilk onilliklərində Əlcəzairə köçmüşdü. Bu səbəbdən o, "qara ayaq" () — Əlcəzairdə doğulan fransızlara verilən arqo ad — adlanırdı. Onun kökəni və kasıb keçmişi sonralar həyatına ciddi təsir etdi. Bunlara baxmayaraq, Kamü Fransa vətəndaşı idi və Əlcəzairdəki bərbər və ərəblərdən fərqli olaraq, üstün hüquqa sahib idi. Uşaqlıq illərində onun futbola və üzgüçülüyə olan marağı artmışdı.
Kamü 1924-cü ildə müəllimi Lui Germeynin təsiri altında, öz təhsilinə Əlcəzair yaxınlığındakı prestijli liseydə davam etmək üçün təqaüd qazandı. 1930-cu ildə ona vərəm diaqnozu qoyuldu. Bu, ötürülən xəstəlik olduğu üçün Kamü öz evindən çıxdı və ona təsir edən qəssab əmisi Qustav Akaultun evində qalmağa başladı. Kamü o dövrdə fəlsəfə müəllimi Jan Qrenenin rəhbərliyi ilə fəlsəfəylə dərindən maraqlanmağa başladı. O, qədim Yunan filosofları və Fridrix Nitsşedən təsirləndi. Kamü o dövrdə sadəcə gününün yarısını təhsilinə ayıra bilir, qalan vaxtında pul qazanmaq üçün müxtəlif işlər (özəl tyutor, maşın hissələri satıcısı və Meteorologiya İnstitutunda assistent) görürdü.
1933-cü ildə Kamü Əlcəzair Universitetinə qəbul oldu və 1936-cı ildə Plotin haqqında olan dissertasiyasını təqdim etdikdən sonra fəlsəfə üzrə bakalavr diplomunu aldı. Onun erkən dövr xristian filosoflara olan marağı artmışdı, ancaq Nitsşe və Artur Şopenhauer Kamünü pessimizm və ateizmə yönəldirdi. Kamü, həmçinin, Stendal, German Melvill, Fyodor Dostoyevski və Frans Kafka kimi romançı-filosofları da tədqiq edirdi. O, 1933-cü ildə sonradan evlənəcəyi dostunun əməkdaşı Simona Hie ilə tanış oldu.
Kamü 1928–1930-cu illər aralığında Əlcəzair Universitetlər Liqasının gənclər komandasında qapıçı olaraq oynamışdır. Komanda ruhu, qardaşlıq və ortaq məqsəd məsələləri ona cəzbedici gəldi. Oyun hesabatlarında tez-tez onun oyundakı istək və cəsarəti alqışlanırdı. 17 yaşında vərəm diaqnozu qoyulanda futbolla bağlı bütün ambisiyaları yoxa çıxdı. Kamü futbol, insan varlığı, əxlaq və fərdi kimlik arasında paralellər çəkməyə başladı. Onun üçün futbolun bəsit əxlaqı dövlət və kilsə kimi səlahiyyətlilər tərəfindən tətbiq olunan mürəkkəb əxlaqla ziddiyyət təşkil edirdi.
Formalaşdığı illər Kamü 1934-cü ildə, 20 yaşı olanda Simona Hie ilə münasibətdə idi. Simona əvvəllər aybaşı ağrılarını azaltmaq üçün istifadə etdiyi morfin dərmanının aludəçisi olmuşdu. Kamünün əmisi Qustav bu münasibəti bəyənmirdi, ancaq Kamü aludəçiliyindən qurtulması üçün ona kömək edə biləcəyini düşünərək Simona ilə evləndi. Kamü daha sonra anladı ki, o, eyni zamanda Simonanın həkimi ilə də münasibətdədir. Cütlük daha sonra boşandı. Kamü həyatı boyunca arvadbaz olmuşdu.
Kamü 1935-ci illərin əvvəllərində Fransa Kommunist Partiyasına qoşuldu. O, buranın "Əlcəzarinin "yerliləri" və avropalılar arasındakı bərabərsizliklərə qarşı mübarizə apardığını" gördü, baxmayaraq ki, Kamü marksist də deyildi. O, məsələni belə izah edirdi: "Kommunizmi daha çox mənəvi fəaliyyət üçün zəmin hazırlayan tramplin və zahidlik kimi görə bilərik." Kamü bir il sonra partiyadan ayrıldı. Kamü müəllimi Qrenyerin də tövsiyəsini alaraq 1936-cı ildə müstəqil fikirli Əlcəzair Kommunist Partiyasına (ƏKP) qoşuldu. Kamü, həmçinin, mülayim müstəmləkəçilik əleyhdarı/milliyətçi Əlcəzair Xalq Partiyasına (ƏXP) da yaxın idi. İki müharibə arası dövrdə gərginlik artdıqca stalinist ƏKP və ƏXP arasında əlaqə kəsildi. Kamü partiya qaydalarına tabe olmağı rədd etdiyi üçün ƏKP-dən xaric edildi. Bu silsilə hadisələr onun insan ləyaqətinə inamını daha da kəskinləşdirdi. Kamusun ədalət əvəzinə səmərəliliyi hədəf alan bürokratiyalara inamsızlığı artdı. O, teatr fəaliyyətinə davam etdi və qrupunun adını "Komanda Teatrı" ("Théâtre de l'Equipe") olaraq dəyişdi. Bəzi ssenariləri sonrakı romanlarının əsasını təşkil etdi.
Kamü 1938-ci ildə Paskal Piyanın yaratdığı, sol yönümlü qəzet "Respublikaçı Əlcəzair" ("Alger républicain") üçün işləməyə başladı, çünki onun güclü antifaşist hissləri var idi və faşist rejimlərin Avropadakı yüksəlişi onu narahat edirdi. O vaxta qədər fransız idarəçilərin bərbər və ərəblərə qarşı olan sərt münasibətinin şahidi olduğundan Kamüdə avtoritar müstəmləkəçiliyə qarşı hisslər yaranmışdı. "Respublikaçı Əlcəzair" 1940-cı ildə qadağan edildi və Kamü "Paris-Soir" qəzetində baş redaktor kimi işləmək üçün Parisə qaçdı. O, Parisdə absurd və mənasızlıqdan bəhs edən əsərlərinin "ilk dövrəsinə" — bu mərhələyə Yad (L'Étranger) romanı, Sizif haqqında mif (Le Mythe de Sisyphe) fəlsəfi essesi və Kaliqula tamaşası aid idi — demək olar ki, tamamlamışdı. Hər mərhələ bir roman, bir esse və bir teatr tamaşasından ibarət idi.
İkinci Dünya müharibəsi, Fransa Müqaviməti və Kombat Kamü Parisə köçdükdən qısa müddət sonra başlayan İkinci Dünya müharibəsi Fransaya təsir etməyə başladı. O, könüllü şəkildə orduya qatılmağı istəsə də, vərəm olduğu üçün bu təklifi qəbul edilməmişdi. Almanlar Parisə doğru irəliləməyə başlayanda Kamü qaçdı. O, Paris-Soirdəki işindən qovuldu. Liona gələn Kamü pianist və riyaziyyatçı Frensin Forla 3 dekabr 1940-cı ildə evləndi. Kamü və For Əlcəzairə (Oran) geri qayıtdı, Alber burada ibtidai məktəbdə dərs dedi. O, vərəminin müalicəsi üçün Fransız Alplarına köçdü. Kamü orada əsərlərinin "ikinci dövrəsinə" başladı. Bu dəfəki mövzusu üsyanla bağlı olan mərhələ çərçivəsində Taun (La Peste) romanını və Anlaşılmazlıq (Le Malentendu) tamaşasını yazdı. 1943-cü ilə qədər o, daha əvvəlki əsərləri ilə tanınırdı. Kamü Parisə qayıtdı və burada daha sonra dostlaşdığı Jan Pol Sartr ilə tanış oldu. O, həmçinin burada Simona de Bovuar, Andre Breton və digərlərinin olduğu intellektual çevrəyə daxil oldu. Onların arasında sonralar Kamü ilə eşq macərası yaşayan aktrisa Mariya Kazares də var idi.
Kamü almanların Fransanı işğal etdiyi dövrdə yeraltı müqavimət hərəkatında aktiv rol aldı. O, Parisə qayıtdıqdan sonra qadağan olunmuş Kombat qəzetində redaktor və jurnalist kimi işləməyə başladı. Kamü Fransa Almaniya işğalından azad edildikdən sosnra da qəzet üçün yazmağa davam etdi. O, ələ keçirilməmək üçün Kombatda yazdığı məqalələrdə təxəllüsündən və saxta şəxsiyyət vəsiqəsindən istifadə edirdi. Kamü bu müddət ərzində müqavimət hərəkatının vacibliyindən bəhs etdiyi Alman dostuma məktublar (Lettres à un Ami Allemand) essesini yazdı.
İkinci Dünya müharibəsindən sonra
Müharibədən sonra Kamü və For Parisdə yaşadı və cütlüyün 1945-ci ildə Katerin və Jan adında əkizləri dünyaya gəldi. Kamü Fransa Müqavimət Hərəkatındakı aktiv roluna görə tanınmış yazıçıya çevrildi. O, iki ayrı səyahətdə ABŞ və Latın Amerikadakı müxtəlif universitetlərdə mühazirələr dedi. Əlcəzairə bir dəfə də gəldi, ancaq dəfələrlə xəbərdar etdiyi davamlı zülmkar müstəmləkə siyasətindən məyus olaraq ayrıldı. Bu müddətdə Kamü Üsyan (L'Homme révolté) essesi ilə əsərlərinin "ikinci dövrəsi"ni tamamladı. Libertaryan sosializm və anarxo-sindikalizmi dəstəkləyən Kamü totalitar kommunizmə hücum etdi. Kommunizmdən imtina etməsi ilə Fransadakı bir çox həmkarlarını və müasirlərini üzən Kamünün son kitabı Sartrla son parçalanmaya səbəb oldu. Marksist sol ilə əlaqələri Əlcəzair müharibəsi zamanı daha da pisləşdi.
Kamü Avropa inteqrasiyası üçün çalışan müxtəlif marjinal təşkilatların güclü dəstəkçisi idi. O, "Avropa, yalnızca milli dövlətlərin federasiyaya çevrilməsi ilə iqtisadi inkişaf, demokratiya və sülh yolunu tuta biləcəyini" bildirərək 1944-cü ildə Fransa Avropa İnteqrasiya Komitəsini (Comité français pour la féderation européenne (CFFE)) yaratdı. Kamü 1947–48-ci illərdə inqilabi sindikalizm kontekstində Beynəlxalq Əlaqə Qrupları (Groupes de liaison internationale (GLI)) həmkarlar ittifaqı hərəkatının əsasını qoydu. Onun məqsədi Andre Bretonun nihilizm və neqativliyini rədd edərək, sürrealizm və ekzistensializmin müsbət tərəflərini insanlara çatdırmaq idi. O, həmçinin Macarıstandakı Sovet müdaxiləsinə və İspaniyada totalitarizmə meyllənən Franko rejiminə qarşı çıxmışdı.
Kamünün uzun müddət yazışdığı ispan aktrisa Mariya Kazares ilə qeyri-stabil və bir müddət sonra ictimailəşən açıq münasibəti də daxil olmaqla, çox sayda münasibəti var idi. For bu məsələdən çox təsirləndi. 1950-ci illərin əvvəllərində mental olaraq çökdü və xəstəxanalıq oldu. Özünü günahkar hiss edən Kamü ictimai həyatdan çəkildi və bir müddət depressiyaya düşdü.
Kamü 1957-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı qazanacağı xəbərini aldı. Bu xəbər onu şok etmişdi. O düşünürdü ki, bu prestijli mükafata Andre Malro layiq görüləcək. 42 yaşında bu mükafatı əldə etmiş Rudyard Kiplinqdən sonra Kamü 44 yaşında bu mükafatın ən gənc ikinci laureatı oldu. Bundan sonra o, "əxlaqi öyrənmə"ni yoxlamaq cəhdi ilə öz avtobioqrafiyası olan İlk insan (Le Premier Homme) romanını yazdı. Yenidən teatr tamaşalarına qayıdan Kamü Nobel mükafatından əldə etdiyi qrantla Dostoyevskinin Cinlər romanını səhnələşdirdi. Tamaşa 1959-cu ilin yanvarında Parisdəki Antuan Teatrında göstərildi və önəmli nailiyyət olaraq dəyərləndirildi.
thumb| Bu illər ərzində Qallimard üçün qurduğu "Ümid" ("Espoir") seriyasında filosof Simona Veylin əsərlərini ölümündən sonra nəşr etdirdi. Veylin onun fəlsəfəsi üzərindən böyük təsiri var idi, çünki Kamü onun yazılarını "nihilizmə antidot" kimi görürdü. Veyli "dövrümüzün tək möhtəşəm ruhu" olaraq təsvir etmişdi.
Ölümü thumb|left|alt=Photograph of Camus's gravestone| Alber Kamünün məzar daşı thumb|Fransanın Villeblevin qəsəbəsində yaradılan Kamünün abidəsindəki bürünc lövhə. Burada yazılıb: "Yonne Departamentinin Baş Şurasından, 1960-cı il yanvarın 4-dən 5-ə keçən gecə Villeblevin bələdiyyə binasında gecə ibadətində bədəni burada olan Albert Kamüyə hörmətlə". thumb|alt=A photograph of the monument to Camus built in Villeblevin.| Kamünün 4 yanvar 1960-cı ildə öldüyü Villeblevin qəsəbəsində xatirəsinə qoyulan abidə