thumb|232x232px|right|Cənub okeanı Cənub Okeanı və ya Antarktik okean — Yerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km² (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir), ən böyük dərinliyi (Cənubi Sandviç novu) 8428 m-dir.
Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir.
Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən, dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən, 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar həmin vaxt təsdiq edilmir. 1953-cü il okean təsnifatında Cənub okeanı anlayışı yoxdur.
Cənub okeanı 8 iyun 2021-ci ildə Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən rəsmən tanınmışdır.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Okeanlar Kateqoriya:Cənub okeanı Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri