Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası və ya Çeçen-İnquş MSSR — Rusiya SFSR-yə daxil olan muxtar respublika. Paytaxtı Qroznı şəhəriydi.

1989-cu il siyahıyaalmasına görə respublikanın ərazisi 19.300 km² , əhalisi isə 1.275.513 nəfərdir: 734,500 çeçen, 163,800 inquş, qalanları rus və digər etnik qruplardır.

Tarixi

Rusiya İmperiyası 1810-cu ildə İnquşetiya könüllü olaraq Rusiya İmperiyasının tərkibinə qatıldı. 1859-cu ildə tarixi Çeçenistan torpaqları da, uzun müddətli Qafqaz müharibəsi (1817-64) zamanı Rusiyaya ilhaq edildi.

Sovet dövrü 1917-ci il Rusiya inqilabından sonra, 20 yanvar 1921-ci ildə Çeçenistan və İnquşetiya Dağ Sovet Respublikasına qoşuldu. Dağ MSSR-nin parçalanması yarandıqdan qısa müddət sonra başladı və Çeçen rayonu 30 noyabr 1922-ci ildə Çeçen Muxtar Vilayəti olaraq ayrıldı. 7 iyul 1924-cü ildə Dağ MSSR-nin qalıqları Şimali Osetiya Muxtar Vilayətinə və İnquş Muxtar Vilayətinə bölündü. 15 yanvar 1934-cü ildə Çeçen və İnquş Muxtar Vilayətləri 5 dekabr 1936-cı ildə Çeçen-İnquş MSSR-də birləşdirildi..

İkinci dünya müharibəsi

40.000 çeçenin Qızıl Orduda döyüşdü İkinci Dünya müharibəsi dövründə, 1942-43-cü illərdə respublika qismən Nasist Almaniya tərəfindən işğal edildi. 3 mart 1944-cü ildə İosif Stalinin əmri ilə işğalçılarla əməkdaşlıq və separatizm ittihamları ilə respublika ləğv edildi və əhalisi zorla deportasiya edildi. Bölgədəki yer adları ruslaşdırıldı, MSSR-nin ərazisi Stavropol diyarı (Qroznı dairəsinin yarandığı yer), Dağıstan MSSR, Şimali Osetiya MSSR və Gürcüstan SSR arasında bölüşdürüldü.

Müharibədən sonra 9 yanvar 1957-ci ildə Nikita Xruşşov tərəfindən respublika bərpa edildi. Sürgündə olan çeçen və inquşlar öz torpaqlarına qayıda bildilər.

1990-cı ilin noyabrında respublika öz suverenliyini elan etdi. 1991-ci ilin mayında müstəqil Çeçen-İnquş Respublikası təsis edilsə də, sonradan müstəqil Çeçenistan Respublikası və İnquşetiya Respublikası olaraq bölündü.. Bu gün hər ikisi Rusiyanın federal subyektləridir.

Əhali Çeçen-İnquş MSSR-nin əhali sayı müxtəlif onilliklərdə:

İl Əhali, nəf. Tarix 1939 697 009 1939 siyahıyaalınması 1959 710 424 1959 siyahıyaalınması 1970 1 064 471 1970 siyahıyaalınması 1979 1 153 450 1979 siyahıyaalınması 1989 1 275 513 1989 siyahıyaalınması

Çeçen-İnquş MSSR-nin milli tərkibi:

Millət1959, min. nəf.1970, min. nəf.1979, min. nəf.1989, min. nəf.çeçenlər244,0 (34,3 %)508,9 (47,8 %)611,4 (52,9 %)734,5 (57,8 %)ruslar348,3 (49,0 %)367,0 (34,5 %)336,0 (29,1 %)293,8 (23,1 %)inquşlar48,3 (6,8 %)113,7 (12,0 %)134,7 (11,7 %)163,8 (12,9 %)ermənilər13,2 (1,9 %)14,5 (1,4 %)14,6 (1,3 %)14,8 (1,2 %)ukraynalılar13,7 (1,9 %)12,7 (1,2 %)12,0 (1,0 %)12,6 (1,0 %)

Həmçinin bax Dağıstan Muxtar Sovet Sosialist Respublikası

Qeydlər

İstinadlar

Kateqoriya:Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Kateqoriya:SSRİ tarixi Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1922-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1957-ci ildə yaranmış dövlətlər və ərazilər