Suriya Demokratik Qüvvələri ( SDQ, , Qüvvət Suriya əl-Dimukratiyə, QSD, , , Ḥaylavoto d'Suriya Demokraṭoyto, HSD, , SDF) — Suriyada vətəndaş müharibəsində əsasən kürdlər, ərəblər və aysor milislərdən, eləcə də az miqdarda erməni, türkman və çeçen qüvvələrdən təşkil olunmuş ittifaq. Suriya Demokratik Qüvvələrinə hərbi baxımdan əsasən kürdlərdən təşkil olunmuş Xalq Qoruma Dəstələri ( XQD və ya YPG). 2015-ci ilin oktyabr ayında təsis olunmuş SDQ öz missiyasının sekulyar, demokratik və mərkəzləşdirilməmiş bir Suriya yaratmaq olduğunu qeyd edir. Şimali və Şərqi Suriya Muxtar Administrasiyası (Rojava) 2016-cı ilin dekabr ayında yenilənmiş konstitusiyasında SDQ qurumun rəsmi müdafiə orqanı adlandırılır.
Suriya Demokratik Qüvvələrinin əsas rəqibləri vətəndaş müharibəsində iştirak edən müxtəlif islamçı və ərəb milliyətçisi olan üsyançı qruplardır, xüsusilə də İraq Şam İslam Dövləti (İŞİD), Türkiyə və Türkiyənin dəstəklədiyi Suriyanın müxalifət qrupları, Əl-Qaidə ilə əlaqəli silahlı qruplaşmalar və onların müttəfiqləridir. SDQ-nin diqqət mərkəzində əsasən İŞİD olmuşdur, hansı ki, SDQ tərəfindən Əl-Hol, Əş-Şəddad, Tişrin SES, Əs-Saura, Mənbic, Təbkə SES, Baas SES və Rəqqa kimi əhəmiyyətli strateji ərazilərdən qovulmuşdur. 2019-cu ilin mart ayında SDQ bəyan etmişdir ki, İŞİD-in Suriyada tamamilə məğlub edilmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2015-ci ildə yarananlar Kateqoriya:Suriya Kürdüstanı