Alleroy () — Çeçenistan Respublikası, Kurçaloy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Kurçaloy rayonunun və Alleroy kənd sovetliyinin mərkəzidir.

Coğrafiyası Kənd Miçik çayın hər iki sahilində, Kiçik Miçik çayının ona töküldüyü hissədə, Kurçaloy rayon mərkəzindən 17 km şimal-şərqdə, Qroznı şəhərindən 60 km cənub-şərqdə yerləşir.

Ən yaxın yaşayış məntəqələri: şimalda — Yuxarı Nayber kəndi, şimal-şərqdə — Koşkeldi kəndi, cənub-şərqdə — Mesketı və Qalaytı kəndləri, qərbdə — Sentoroy, şərqdə — İşxoy-Yurtrar. Объём 8 МБ..

Kənd mülayim iqlimə sahibdir. Dəniz səviyyəsindən 270 metr yüksəklikdə yerləşir.

Tarixi 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Alleroy kəndi Şuraqat olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldüВедомости Верховного Совета РСФСР № 5 1958. Kənd bir müddət Şuraqat rayon mərkəzi funksiyasını yerinə yetirdi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı bərpa edilir və dağıstanlılar geri qaytarılır.

Əhali Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:

XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %çeçenlər 11 099 99,70 %digərləri 33 0,30 %ümumi 11 132 100,00 %

Milli tərkib 2002-cil məlumatı: çeçenlər — 10 215 (99,9 %).

Etnik baxımından əhalisinin 99 9 % çeçenlərdən ibarətdir. Bir mono etnik yaşayış məntəqəsidir. Əhalisinin hamısı sünni-müsəlmanlardan ibarətdir.

Teyplər Kənd əhalisinin böyük əksəriyyəti Alleroy teypinə aiddirlər. Kəndən bir qədər aşağıda da Nojay-Yurt rayonuna dail olan eyni adlı kənd vardır. Bu kəndə eyni kökdən gələn əhalidən ibarətdir və eyni teypə daxildirlər.

İnfrastruktur № 1 Orta ümumtəhsil məktəbiОбразование

№ 2 Orta ümumtəhsil məktəbi və № 3 Alleroy kənd orta məktəbi, məscidИсламская мечеть села Аллерой , 2006001928

«Jayna» uşaq bağçasıМДОУЧ 'Детский сад 'Жайна' , 2006002706.

«Jayna» incəsənət evi.

Məşhur şəxsləri Avdorxanov Əhməd Zəlimxan oğlu — Çeçenistan Respublikası Prezident Qvardiyasının Komandiri, Masxadovun təhlükəsizlik rəisi.

Avdorxanov Zaurbek Zəlimxan oğlu — Qafqaz Əmirliyinin silahlı dəstələrinin sahə komandiri, Əhməd Avdorkxanovun qardaşı.

İsrapilov Xunkar Paşa German oğlu — 1990—2000-ci illərdə çeçen münaqişəsinin aktiv iştirakçısı. Səhra komandiri.

İstinadlar

Kateqoriya:Çeçenistanın yaşayış məntəqələri