İtum-Kali () — Çeçenistan Respublikası, İtum-Kali rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İtum-Kali rayonunun və İtum-Kali kənd sovetliyinin mərkəzidir. İtum-Kali kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Coğrafiya Kənd Argun çayının hər iki sahilində, Heldixoyerk qolunun ona birləşdiyi yerdə, Şatoy kəndindən 24 km cənub-qərbdə və Qroznı şəhərindən 75 km cənub-qərbdə yerləşir.
Ən yaxın yaşayış məntəqələri: cənub-şərqdə Veduçi, şimalda Kokadoy və şərqdə Tazbiçi.
Tarixi İtum-Kalinin cənubunda və kəndin yaxınlığında orta əsrlərə aid bir çox abidələr var - qüllələr, qəbirstanlıqlar. Qədim Şulkaq kəndi hazırda İtum-Kalinin bir hissəsidir. Ehtimal ki, M. Yu. Lermontovun "Dağ kəndinə mənzərə" rəsmində təsvir məhs bura təxvir edilmişdir. 250px|thumb|left|M. Y. Lermontov "Dağ kəndinə mənzərə" 1840-1841. 1858-ci ildə Arqun çayının sağ sahilində İtum-Kalidən cənubda «Yevdokimskoe istehkamı»Военно-историческая карта северо-западного и северо-восточного Кавказа 1899 г. inşa edilmişdir. 1944-cü ildə Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra İtum-Kali kəndi Alaxevi olaraq adlandırılır. Üstəlik Gürcüstan SSR tərkibinə verilir. 1967-ci ildə burada Arqun tarix-arxeoloji muzey-qoruq təşkil olunur.
İkinci çeçen müharibəsi zamanı, İtum-Kali 10 fevral 2000-ci ildə federal qüvvələr tərəfindən ələ keçirilir.
1999-cu ildə Yaroslavl vilayətində yaşayan Vladimir Epişin qazanc təklifinə razı olaraq aldadılır və köləlik vəziyyətinə salınır. 2 ildən artıq bir müddət Itum-Kali kəndinin bir yerli sakin tərəfindən qul edilir tutuldu. Daha sonra başqa bir qul sahibinə satılaraq, qonşu Gürcüstana aparılır və yalnız 2002-ci ildə sərbəst buraxılır.
Martın 31 2000-ci ildə kəndin yaxınlığında, polis general-mayorunun Gennadi NikolaeviÇ Şpiqunun cəsədi tapılır. O, 5 mart 1999-cu ildə bir başa Qroznı hava limanından çeçen döyüşçüləri tərəfindən qaçırılmışdır.
Əhali Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %çeçenlər 689 64,51 %ruslar 122 11,42 %avarlar 81 7,58 %ləzgilər 50 4,68 %tabasaranlılar 47 4,40 %qumuqlar 24 2,25 %azərbaycanlılar 15 1,40 %digərləri 40 3,75 %ümumi 1 068 100,00 % Görməli yerləri Evlərin əksəriyyəti kəsilməmiş daşdan hörülmüş, gil ilə suvanmışdır. Evlərin ətraf hissəsi alçaq daş hasarla əhatə olunmuşdur. Burada bərpa olunan kənd məscidi fəaliyyət göstərir.
Kənddə Rusiya Qəhrəmanı Maqomed Uzuyevin büstü qoyulmuşdur. Burada Maqomed Uzuyevin adını daşıyan Argun sərhəd sərhəd məntəqəsi fəaliyyət göstərirX. Эскерханов Торжества в Итум-Кали
İstinadlar
Kateqoriya:Çeçenistanın yaşayış məntəqələri