Anna Sorokinа (; ), həmçinin alman sənədlərində tədbiq edilən Anna Sorokin yazılış forması da istifadə olunur, Anna Delvi ləqəbi ilə də tanınır — Rus əsilli alman fırıldaqçısı.

Həyatı

Erkən həyatı Anna Sorokina 1991-ci ildə Moskva vilayətinin Domodedovo şəhərində anadan olub. Atası yük maşını sürücüsü, anası satıcı olub. 2007-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçüb. Orada da atası sürücü işləyib və kiçik məişət texnikasının təmiri, sonra isə sahibkarlıqla məşğul olub 2011-ci ildə orta məktəbi bitirən Anna Sorokina Londondakı Mərkəzi Sent Martin incəsənət və dizayn kollecinə daxil olur, lakin tezliklə təhsilini tıb Almaniyay qayıdır. 2012-ci ildə Purple dəb, indəsənət, mədəniyyət jurnalında aylıq 400 € məvacib qazanmaqla təcrübə keçmək üçün Parisə gedir. Ailəsi ilə mütəmadi əlaqə saxlamasa da onlar qızlarının karyerasına dəstək olmaq üçün ev kirayəsini qarşılayırdılar. Parisdə Anna soyadını dəyişərək Delvi soyadını götürür, bunu anasının qızlıq soyadı ilə əlaqələndirir. Ancaq valideyinləri bu soyad haqqında heç nə bilmədiklərini qeyd edirlər. Sonralar Anna bunu özü fikirləşdiyini təsdiq edir.

Nyu Yorkda, dələduzluq 2013-cü ilin ortalarında Anna Nyu-Yorka, moda həftəsinə gedir. Burada tanışlıq qurmağın Parisdəkinə nisbətən daha asan olduğunu görüncə Nyu Yorkda qalmğa qərar verir. Burada müvəqqəti olaraq Purple jurnalının Nyu York ofisinə keçir. O, 2013-cü ildə özünə yeni şəxsiyyət vəsiqəsi alır və özünü 60 milyon dollarlıq sərvətin sahibi, neft milyonçusunun qızı Anna Delvi () kimi tanıtmağa başlayır.

Qlamur partilərdə görünüb, etibar qazanan Anna 2016-cı ildə Nyu-Yorkun gecəsi 400 dollar olan lüks hotellərindən birinə yerləşir. Bu tarixdən etibarən, 10 ay ərzində milyonçu kimi yaşayıb. Qaldığı hoteldə ofisiantlara 100 dollar verərək, varlı şəxslərə onun haqda danışılmasını istəyib. Dost çevrəsini genişləndirən Anna İnstaqramda da özünə səhifə yaradaraq, lüks yaşam tərzi ilə diqqət çəkib.

Bir müddət dostları ilə özəl yaxtada tətilə çıxıb. 35 min 400 dollarlıq yaxta məsrəfini isə ödəməyib. Eyni il Mərakeşdə gecəsi 7 min dollarlıq hoteldə tətilə gedib. Lakin geri dönəndə qaytaracağını söz verərək, hotelin 62 min dollarlıq xərclərini dostuna ödətdirib.

Onun etdikləri bununla da bitməyib. Sənət vəqfi quracağını deyərək, 22 milyon dollar kredit almaq istəyən Anna bu istəyinə də nail olub. O, daha sonra aldığı pulu geri qaytarmayıb.

Həbs olunması Anna 2017-ci ildə həbs edilib. ABŞ mediası bildirib ki, Sorokina 275 min dollarlıq fırıldaqçılıqda günahlandırılır. Hekayəsi ilə dünya mediasının marağına səbəb olan Anna bir vəkillə müqavilə imzalayaraq, özünü müdafiə edərkən "Həyatımın filmində mənim obrazımı kimin oynayacağı düşünürəm" deyə, cümlələr işlədib.

Daha sonra məlum olub ki, Annanın vəkili onun həyatının ekranlaşdırılması üçün "Netflix" serial və film platforması isə anlaşıb.

Annanın 15 il müddətinə həbs olunmasının tələb olunduğu məhkəmə iclası keçirilib. Vəkili "Anna gənclik xətası edib. Nyu-Yorkun imkanlarından hər kəs faydalanmaq istəyir. Frenk Sinatra da istəmişdi. Hamımızın içində bir az Anna var. Ancaq hər şey əldə edənədək imiş" deyə, söyləyib. Lakin məhkəmə qərarına əsasən, Anna Delvi 4 ildən 12 ilədək həbs cəzası alır, 24 000 $ cərimə olunur və kompensasiya kimi 100 000 $ City National, 70 000 $ Citibank və təqribən Blade çatacaq məbləğin üçdə ikisi qədər olmaqla ümumilikdə 199 000 $ ödəməli idi.

Bütün bu proseslər zamanı digər maraqlı məqam isə Annanın vəkili tərəfindən gətirilən geyimləri bəyənməməsi olub. O, buna görə bir dəfə məhkəməyə çıxmayıb. Hakim Diana Kisel iclas zamanı "Məhkəmə ilə podiumu qarışdırırsınız" deyə, Sorokinaya deyib. Vəkili isə Annaya stilist tutmaq məcburiyyətində qalıb. Məhz, bundan sonra Anna bütün iclaslara dünyaca məşhur dizaynerlərin əl işi olan libaslarla qatılıb.

11 fevral 2021-ci ildə Anna Delvi həbsdən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılır.

İstinadlar

Kateqoriya:Rusiya cinayətkarları Kateqoriya:Fırıldaqçılar Kateqoriya:Dələduzluqda ittiham olunan insanlar Kateqoriya:SSRİ şəxsləri