Pektolit — mineral, Ca2Na [Si3O8OH].

Haqqında Pektolit - Ca və Mn2+ qarşılıqlı əvəz olunması nəticəsində pektolit manqanpektolit (şizolit) – serandit fasiləsiz izomorf seriyası əmələ gəlir. Habitus lövhəcikvari, iynəvari, prizmatik. İkiləşmə nadir. Ayrılması {100} və {001} üzrə mükəmməl. Aqreqatı: radial-şüalı, lifli. Rəngi rəngsiz, çəhrayı. Parıltısı şüşəli və ipəyi. Sərtliyi 4,5-5. Xüsusi çəkisi ~3. Bazalt və doleritlərin badamcıq və çatlarında; nefelinli siyenitlərdə, fenit və skarnlarda. Növ müx­təlifliyi: valkerit, şizolit, manqan-pektolit, maqnezium-pektolit.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Natriumun mineralları Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Qiymətli daşlar Kateqoriya:Lüminessensiya mineralları Kateqoriya:Triklinik sinqoniya mineralları