Yuri Konovalov (; ) — sovet yüngül atleti, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ idman ustası (1955), SSRİ əməkdar idman ustası (1957).
İdman karyerası Yuri Konovalov 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Leonid Bartenev, Boris Tokarev və Vladimir Suxarevlə birlikdə gümüş medal qazanıb. 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda finala keçməyib.
1960-cı il Roma Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Qusman Kosanov, Leonid Bartenev və Edvin Ozolinlə birlikdə gümüş medal qazanaraq dörd il əvvəlki uğurunu təkrarlayıb. 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda dörd il əvvəl olduğu kimi, yenə də finala keçə bilməyib.
1957-ci ildə 100 metr məsafəyə qaçış üzrə şəxsi yarışda, 1958-ci ildə isə 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışda SSRİ çempionu adını qazanıb.
Yuri Konovalov 2008-ci il mayın 25-də vəfat edib. O, Smolenskdəki Odinçovski qəbiristanlığında dəfn olunub.
Qalereya
İstinadlar
Xarici keçidlər Yuri Konovalovun Sports-reference.com saytında profili
Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Olimpiya gümüş medalına sahib SSRİ idmançıları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:İdmançılar 1956 Yay Olimpiya Oyunlarında Kateqoriya:1956 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:İdmançılar 1960 Yay Olimpiya Oyunlarında Kateqoriya:1960 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Yüngül atletika üzrə Avropa Çempionatının medalçıları