Quançjou teleqülləsi () — dünyanın ən yüksək ikinci teleqülləsi . 2005-2010- cu illərdə ARUP tərəfindən 2010-cu il Asiya Oyunları üçün tikilmişdir. Qüllənin hündürlüyü 600 metrdir. 450 metr hündürlükdə teleqüllə bir hiperboloid daşıyıcı retinanın və mərkəzi bir nüvənin birləşməsi şəklində tikilmişdir. Quançjou teleqülləsinin hiperboloid dizaynı rus mühəndis V.H.Şuxovun 1899-cu ildə aldığı patentinə uyğundur .«В. Г. Шухов (1853–1939). Искусство конструкции.» , Райнер Грефе, Оттмар Перчи, Ф. В. Шухов, М. М. Гаппоев и др., стр. 78-103, 177, «Мир», Москва, 1994, ISBN 5-03-002917-6.

Qüllənin səthi böyük diametrli polad borulardan hazırlanıb. Polad şpinelin yüksəkliyi 160 metrdr. Qüllə televiziya və radio siqnallarını yayımlamaq, həmçinin teleqüllə Quançjou şəhərinin panoramasını seyr etmək üçündür və gündə 10 min turistin ziyarət etməsi üçün nəzərdə tutulmuşdur.

33, 116, 168 və 449 metr hündürlükdə, şüşəli müşahidə platformaları yerləşir, 488 metr yüksəklikdə açıq müşahidə platforması yerləşir. Fırlanan restoranlar 418 və 428 metr yüksəkliklərdə yerləşir, 407 metr yüksəkliyində "VIP-kafe" var. Qalereya

Qüllə tikintisi

Həmçinin bax

Şuxov qülləsi

Xarici keçidlər -Biletlər üçün rəsmi saytdır Kanton qalası – rəsmi səhifə Quançjou teleqülləsi i tikintisi fotoşəkilləri Guangzhou TV & Sightseeing Tower

İstinadlar

Kateqoriya:Çin teleqüllələri