Leşatelyerit — mineral, SiO2.

Haqqında Leşatelyerit təbii amorf kvars şüşəsi. Rəngi açıq boz. Parıltısı şüşəli. Sərtliyi 5,5-7. Xüsusi çəkisi 2,2. Fulquritlərdə ildırım zərbəsindən kvars qumunun əriməsi nəticəsində əmələ gəlir. Meteorit kraterində, vulkanların yaxınlığında rast gəlinir.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Təbii şüşə Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Oksidlər (minerallar)