Böyük Toskana hersoqluğu (, ) — 1569-1859-cu illərdə bəzi aralıqlarda Mərkəzi İtaliyada mövcud olan dövlətdir. Bu dövlət 1569-cu ildə Florensiya hersoqluğunun yerinə qurulmuşdur.Strathern, Paul (2003). The Medici: Godfathers of the Renaissance . Londra: Vintage books. ISBN 978-0-09-952297-3 . Toskana hersoqluğunun paytaxtı Florensiya şəhəridir.

Tarixi

Qurulduğu dövrdə hersoqluğu Mediçilər idarə edirdilər. Böyük Toskana hersoqluğu qurulmamışdan əvvəl həmin ərazidə hökm sürən Florensiya Respublikası (1115-1532) və Florensiya hersoqluğu (1532-1569) ilə müqayisədə tarixdə daha az tanınır.

Böyük Toskana hersoqluğunun ən qüvvətli dövrü Medicilər dövründə olmuşdur. İlk böyük hersoq olan I Kozimo Medici və xələfləri dövründə Florensiya iqtisadi və hərbi cəhətdən mühüm uğurlar əldə etmişdi. Bu inkişaf II Ferdinandinonun dövrünə qədər davam etmişdi. II Ferdinandinonun hakimiyyəti dövründə uzun müddətli iqtisadi geriləmə prosesi başladı. Bu iqtisadi zəifləmə III Cosimo de Medici dövründə ən aşağı səviyyəsinə çatdı. Onun dövründə yeganə uğur Müqəddəs Roma İmperatoru tərəfindən 1691-ci ildə Yüksək Kraliyyət ləqəbinə layiq görülməsi olmuşdur. Mənbələrdə bu fakt alçaldıcı şəkildə qeyd edilir.

1737-ci ildə Medicilər sülaləsində oğlan övlad olmadığı üçün hakimiyyət Habsburg-Lorraine sülaləsinə keçmişdir. Bundan sonra isə böyük hersoqluq Lorenin hersoqu Frans Stefanın əlinə keçmişdir. 1753-cü ilə qədər krallıq belə idarə edilmişdir. 1753-cü ildən sonra isə hakimiyyət Avstriya sülaləsi Habsburqların əlinə keçmişdir.

1797-ci ildə imzalanmış Kampo Formio müqaviləsinə qədər Toskana Müqəddəs Roma imperiyasının vassalı kimi sayılırdısa müqavilədən sonra tamamilə həmin imperiyanın hakimiyyətinə son verildi. 1796-cı ildə bu Böyük Toskana hersoqluğunun Şimali İtaliyadakı əraziləri Fransa Respublikasının işğalı altında idi. 1801-1807-ci illərdə Napoleon Bonapartın rəhbərlik etdiyi Fransa Respublikasının İspaniya krallığı arasında imzalanmış Aranjuez müqaviləsinə əsasən Böyük Toskana hersoqluğuna aid olan ərazilərdə Fransadan asılı Etruriya krallığı qurulmuşdur. Etruriya krallığı Napoleon tərəfindən 1807-ci ildə ləğv edilmişdir və əraziləri Fransaya ilhaq edilmişdir.

1814-cü ildə Napoleon sistemi aradan qaldırıldıqdan sonra Toskana hersoqluğu İtaliyada mühüm bir dövlət kimi yenidən quruldu. Ferdinand, yenidən "böyük hersoq" kimi hakimiyyətə gəldi. Franz Ferdinandın ölümündən sonra isə hakimiyyətə II Leopold gəlmişdir.

1848-ci Florensiyada liberal inqilab başladığı dövrdə II Leopold qarışıqlıqlardan çəkinərək şəhərdən qaçmışdır. Lakin böyük hersoq əks-inqilab nəticəsində, Avstriya ordusunun dəstəyi ilə geri qayıtmışdır.

İtalyanın birləşməsi dövründə 1860-cu ildə Böyük Toskana hersoqluğu süqut etmişdir. Hersoqluğun əraziləri Sardiniya krallığına verilmişdir.

Bayraqlar

Böyük hersoqlar

Mediçi ailəsi (1569-1737) Florensiya hersoqu I Kozimonun 1569-cu ildə papa V Piydən Böyük hersoq ünvanı almasıyla Mediçilər Toskana vadisinin tək hakiminə çevrildi. Ancaq ailədə oğul şəcərəsinin quruması nəticəsində, Mediçi hakimiyyəti başa çatdı və səltənət Lorreyn hersoqu Fransisk Stefana keçdi. Belə ki, onun atası Leopoldla Florensiya Mediçiləri Lorreyn hersoqu II Fransiskin şəcərəsindən gəlirdilər. Böyük hersoqHakimiyyət illəriHersoqinaI Kozimo 1519-1574

(53 yaş)frameless|132x132px21 avqust 1569 – 21 aprel 1574 -I Françesko 1541-1587

(46 yaş)frameless|134x134px21 aprel 1574 – 17 oktyabr 1587İoanna 1547-1578

(31 yaş)frameless|116x116pxBianka Kapello 1548-1587

(38 yaş)frameless|112x112pxI Ferdinand 1549-1609

(60 yaş)frameless|165x165px19 oktyabr 1587 – 7 fevral 1609Kristina 1565-1637

(72 yaş)frameless|109x109pxII Kozimo 1590-1621

(31 yaş)frameless|146x146px17 fevral 1609 – 28 fevral 1621Mariya Maqdalena 1589-1631

(42 yaş)frameless|118x118pxII Ferdinand 1610-1670

(60 yaş)frameless|144x144px28 fevral 1621 – 23 may 1670Vittoriya della Rover 1622-1694

(72 yaş)frameless|119x119pxIII Kozimo 1642-1723

(81 yaş)frameless|142x142px23 may 1670 – 31 oktyabr 1723Marqarita Luiza 1645-1721

(76 yaş)frameless|115x115pxJan Qaston 1671-1737

(66 yaş)frameless|144x144px31 oktyabr 1723 – 9 iyul 1737Anna Mariya Fransiska 1672-1741

(69 yaş)frameless|107x107px

Habsburq ailəsi (1737-1801) Lorreyn hersoqu Fransisk Stefanın Florensiyada hakimiyyəti ələ almasının ardından səltənət Habsburq ailəsinin əlinə keçdi. Ancaq Napoleon müharibələri illərində hersoqluğun İtaliyanın şimalında yerləşən mülkləri fransızlar tərəfindən işğal edildi. 1801-ci ildə Napoleon Bonapart və İspaniya kralı IV Karl arasında bağlanan Aranjuez müqaviləsi əsasında hersoqluq yeni yaradılan Erutriya krallığına ilhaq edildi. Böyük hersoqHakimiyyət illəriHersoqinaII Françesko 1708-1765

(57 yaş)frameless|116x116px12 iyul 1737 – 18 avqust 1765Mariya Tereza 1717-1780

(63 yaş)frameless|112x112pxI Leopold 1747-1792

(44 yaş)frameless|113x113px18 avqust 1765 – 22 iyul 1790Mariya Luiza 1745-1792

(46 yaş)frameless|112x112pxIII Ferdinand 1769-1824

(55 yaş)frameless|109x109px22 iyul 1790 – 3 avqust 1801Mariya Luiza 1773-1802

(29 yaş)frameless|112x112px

Burbon ailəsi (1801-1807) Aranjuez müqaviləsi (1801) əsasında Habsburqlar hakimiyyətdən uzaqlaşdırıldı və yeni yaradılan Etruriya krallığı taxtına əyləşən I Lüdovik Toskana vadisinə hakim oldu. I Lüdovikin seçilməsi isə təsadüfi bir seçim deyildi. Belə ki, onun atası Parma hersoqu Ferdinand həm İspaniya kralı V Filipp, həm də Fransa kralı XV Lüdovikin nəvəsi idi. Anası Mariya Amaliya isə vaxtilə Toskana vadisinə hakim olan Müqəddəs Roma imperatoru I Fransiskin qızı idi.

Ancaq 1807-ci ildə Napoleon Bonapart krallığa hücum edib işğal etdi. Bütün mülkləri ələ keçirdi və Böyük Toskana hersoqluğu de-yure olaraq Napoleonun bacısı Eliza Bonaparta verildi. Böyük hersoqHakimiyyət illəriHersoqinaI Lüdovik 1773-1803

(30 yaş)frameless|102x102px21 mart 1801 – 27 may 1803Mariya Luiza 1782-1824

(41 yaş)frameless|114x114pxII Lüdovik 1799-1883

(83 yaş)frameless|135x135px27 may 1803 – 10 dekabr 1807 -

Habsburq ailəsi (1814-1860) Böyük hersoqHakimiyyət illəriHersoqinaIII Ferdinand 1769-1824

(55 yaş)frameless|109x109px27 aprel 1814 – 18 iyun 1824Mariya Ferdinanda 1796-1865

(68 yaş)frameless|111x111pxII Leopold 1797-1870

(72 yaş)frameless|119x119px18 iyun 1824 – 21 iyul 1859Mariya Anna 1799-1832

(32 yaş)frameless|116x116pxMariya Antuanetta 1797-1870

(72 yaş)frameless|119x119pxIV Ferdinand 1835-1908

(72 yaş)frameless|127x127px21 iyul 1859 – 22 mart 1860 -

İstinadlar

Həmçinin bax Etruriya

Xarici keçidlər Toskana Büyük Dükalığı''nın resmen kurulması için Papalık FermanI

Kateqoriya:İtaliya krallığı (Müqəddəs Roma imperiyası) Kateqoriya:Mediçilər