Yusif Məcidzadə (; ) — İran azərbaycanlısı arxeoloq və Özbəki, Qəbristan və Ciruft qazıntılarınnı rəhbəri və Tehran Universitetinin keçmiş müəllimi.

Həyatı 1938-ci ildə Təbriz şəhərində anadan olmuşdur.

İran İslam İnqilabından Tehran Universitetindəki müəllimlik vəzifəsindən istefa vermiş və Fransaya köçmüşdür. Hal-hazırda da orada yaşayır.

Fəaliyyəti Arxeoloq olan Yusif Məcidzadə İranda Özbəki, Qəbristan və Ciruft arxeoloji qazıntılarına rəhbərlik etmişdir. İranın ən məşhur arxeoloqlarındandır.

Ciruft mədəniyyəti Ciruft mədəniyyəti və ya Ciruft kültürü- Erkən tunc dövrünə (e.ə. 3-cü minillik) aid arxeoloji mədəniyyəti olaraq qarşıya qoyulmuşdur ki, indiki İranın Sistan və Bəlucistan və Kirman ostanlarında yerləşir. Bu mədəniyyətdə aparılan arxeoloji qazıntılara Yusif Məcidzadə rəhbərlik etmişdir. Bu qazıntılar və aparılan araşdırmaların yekunu kimi Ciruft: Şərq sivilizasiyasının beşiyi əsərini yazmışdır.

O, Kermanda keçirilən seminarda bu mədəniyyət barədə bu sözləri demişdir:

Əsərləri Qəbristan təpəsində qazıntılar: birinci iki mövsüm — 1970 və 1971 Lapis lazuli və Böyük Xorasan yolu Ciruft: Şərq sivilizasiyasının beşiyi Ciruft: Erkən Şəq sivilizasiyası La découverte de Jiroft

Həmçinin bax Ciruft mədəniyyəti

İstinadlar

Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran arxeoloqları Kateqoriya:Azərbaycanlı arxeoloqlar Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:XX əsrin arxeoloqları