Əlaəddin Koval () (d. 1878, İstanbul - ö. 08.08.1930, İstanbul) — Türk əsgəri.
Hərbi fəaliyyəti 1901-ci ilin 13 avqustunda hərbi məktəbə daxil olmuş və 1903-cü ilin 22 avqustunda oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1906-cı il sentyabrın 26-da oradan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında, Şərqi Frakiyada 1-ci korpusun komandiri olan Cəfər Təyyar Paşanın əmri ilə 55-ci bölmə komandirliyində xidmət etmişdir. 1 mart 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. İlk olaraq, Əlcəzirə Cəbhəsinin Baş qərargahı rəisi kimi xidmət göstərdi və 1922-ci ilin aprel ayında 41-ci şöbənin komandiri vəzifəsinə təyin edildi. Böyük hücumda iştirak etdi. Müharibədən sonra, "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edildi.
Daha sonra isə 1-ci ordunun müfəttişi, 1-ci tümən komandiri vəzifəsini icra etdi. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 8 Avqust 1930-cu ildə İstanbulda vəfat etdi. İstanbulda Qaracaəhməd qəbiristanlığında dəfn edilmişdir. Onun nəşi sentyabrın 27-də Türkiyə Dövlət məzarlığına köçürüldü.
Medal və təltifləri "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi
İstinadlar
Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 198.
Kateqoriya:Türkiyə generalları Kateqoriya:1882-ci ildə doğulanlar Kateqoriya:1930-cu ildə vəfat edənlər Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi