Rəqəmsal marketinq () — marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesinə deyilir. Rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsul və ya xidməti internet vasitəsilə tanıtmaqdır. Bununla yanaşı müxtəlif üsullarla satışların artırılması da əsas məqsədlərdən biridir. Burada potensial müştəriləri cəlb etmək, istehlakçı kimi saxlamaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə edilir. Hansı ki, sosial şəbəkələri, veb saytları, e-mail xidmətlərini, mobil telefonları, rəqəmsal televizorları, bir sözlə internetə çıxışı olan bütün rəqəmsal texnolagiyaları və alətləri buraya daxil etmək olar. Lakin internetə birbaşa qoşulmayan kanallardan da istifadə oluna bilər. Buna isə əsasən mobil telefonların SMS, MMS xidmətləri, zəng melodiyaları aid edilir.

Rəqəmsal marketinq kanalları məhsul dəyərini yarada, sürətləndirə və istehsalçıdan istehlakçıya ötürə bilən, internətə əsaslanan sistemlərdir.

Rəqəmsal marketinqin 1990–2000-ci illərdən bəri inkişafı marka və müəssisələrin marketinq üçün texnologiyadan istifadə üsulunu dəyişdirdi. Rəqəmsal platformalar zamanla marketinq plan və strategiyalarına, gündəlik həyata qoşulduqca və insanlar fiziki dükanlara baş çəkmək əvəzinə rəqəmsal cihazlardan istifadə etdikcə rəqəmsal marketinq kampaniyaları daha çox yayılır və səmərəli olur.

Axtarış motoru optimallaşdırması (SEO), axtarış motoru marketinqi (SEM), məzmun marketinqi, təsir etmə marketinqi (Influencer marketing ), məzmun avtomatlaşdırılması, kampaniya marketinqi, məlumatlara əsaslanan marketinq, e-ticarət marketinqi, sosial media marketinqi, optimallaşdırma, e-poçt marketinq, Ekran reklamı, elektron kitablar və optik disklər kimi rəqəmsal marketinq üsulları inkişaf edən texnologiyamızda daha çox yayılmaqdadır. Faktiki olaraq, hal-hazırda rəqəmsal marketinq mobil telefonlar (SMS və MMS), geri zəng və mobil zəng melodiyaları kimi rəqəmsal medianı təmin edən internet olmayan kanallara da yayılmışdır. Əslində İnternet olmayan kanallara bu genişləndirmə rəqəmsal marketinqin onlayn marketinqdən fərqlənməsinə kömək edir.

Tarixi Rəqəmsal marketinqin inkişafı texnologiyanın inkişafı ilə birbaşa əlaqəlidir. Başlanğıcdakı əsas məqamlardan biri 1971-ci ildə idi, hansı ki, Rey Tomlinson ilk e-poçtu göndərdi və onun texnologiyası insanların müxtəlif maşınlar vasitəsilə fayl göndərməsinə və qəbul edilməsinə imkan verən platforma qurdu. Bununla birlikdə, rəqəmsal marketinqin başlanğıcı kimi tanınan dövr, "Archie" axtarış motorunun FTP saytları üçün indeks kimi yaradıldığı 1990-cı ildir. 1980-ci illərdə kompüterin məlumat saxlama qabiliyyəti çox böyük həcmdə müştəri məlumatlarını saxlaya biləcək dərəcədə böyük idi. Şirkətlər məhdud siyahı vasitəçiliyi əvəzinə, verilənlər bazası marketinqi kimi onlayn texnikaları seçməyə başladılar. Bu cür məlumatlar bazası şirkətlərə müştərilərin məlumatlarını daha effektiv izləməyə imkan verir və bununla da alıcı və satıcı arasındakı əlaqəni dəyişdirir. Amma, normal proses o qədər də səmərəli deyildi.

1990-cı illərdə Rəqəmsal marketinq termini ilk dəfə işlənmişdir. Server / müştəri əlaqələrinin debütü və fərdi kompüterlərin populyarlığı ilə Müştəri Əlaqələrinin İdarəedilməsi (CRM) tətbiqetmələri marketinq texnologiyasının əhəmiyyətli bir hissəsinə çevrildi. Şiddətli rəqabət satıcıları marketinq, satış və xidmət tətbiqlərinə daha çox xidmət daxil etməyə məcbur etdi. İnternet yaranandan sonra marketoloqlar onlayn müştəri məlumatlarına eCRM proqramı ilə sahib ola bildilər. Şirkətlər müştəri ehtiyacları haqqında məlumatları yeniləyə və təcrübələrinin prioritetlərini əldə edə bilər. Bu ilk kliklənə bilən banner reklamının 1994-cü ildə canlı yayımlanmasına səbəb oldu. Bu, AT&T tərəfindən "Sən olacaqsan" kampaniyası idi və ilk dörd ay ərzində canlı yayımlanan reklamı görən insanların 44% -i reklamı kliklədi.

2000-ci illərdə daha çox internet istifadəçisi və iPhone-un doğuşu ilə müştərilər bir satıcıya müraciət etmək əvəzinə əvvəlcə onlayn olaraq məhsul axtarmağa və ehtiyacları barədə qərar qəbul etməyə başladılar və bu da öz növbəsində şirkətlərin marketinq şöbəsi üçün yeni bir problem yaratdı. Bundan əlavə, 2000-ci ildə Birləşmiş Krallıqda aparılan bir araşdırma əksər pərakəndə satış şirkətlərinin öz domen ünvanlarını qeyd etmədiklərini müəyyən etdi. Bu problem marketoloqları bazarın inkişafının rəqəmsal yollarını tapmağa məcbur etdi.

2007-ci ildə qeyd olunan problemləri həll etmək üçün marketinqin avtomatlaşdırılması məsələsi aktuallaşdırıldı. Marketinqin avtomatlaşdırılması şirkətlərin müştəriləri seqmentləşdirməsinə, çox kanallı marketinq kampaniyalarına başlamasına və müştərilər üçün fərdi məlumatların verilməsinə kömək etdi. Ancaq istehlakçı alətlərinə uyğunlaşma sürəti kifayət qədər sürətli deyildi.

2000 və 2010-cu illərdə rəqəmsal mediaya çıxışı olan cihazların sayı sürətlə böyüməyə başladıqda rəqəmsal marketinq daha mürəkkəbləşdi. 2012 və 2013-cü illərdə statistikalar rəqəmsal marketinqin hələ də böyüdüyünü göstərdi. 2000-ci illərdə LinkedIn, Facebook, YouTube və Twitter kimi sosial medianın inkişafı ilə istehlakçılar gündəlik həyatlarında rəqəmsal elektronikadan asılı vəziyyətə gəldilər. Müştəri davranışının dəyişməsi ilə marketinq texnologiyasının şaxələndirilməsi inkişaf etdi.

Rəqəmsal marketinqə 'onlayn marketinq', 'internet marketinq' və ya 'veb marketinq' də deyilir. Zamanla rəqəmsal marketinq termini populyarlaşdı. ABŞ-da onlayn marketinq hələ də məşhur bir termindir. İtaliyada isə rəqəmsal marketinq veb marketinq adlanır. Beynəlxalq olaraq isə rəqəmsal marketinq 2013-cü ildən sonra ən çox yayılmış terminə çevrildi.

Rəqəmsal media artımının rəqəmsal media xərclərinin 48% artması ilə 2010-cu ildə hər il orta hesabla 4.5 trilyon onlayn reklam olduğu təxmin edilir. Reklamın artan hissəsi internet istifadəçiləri üçün reklam hazırlamaq üçün Onlayn Davranış Reklamları (OBA) tətbiq edən müəssisələrdən qaynaqlanır, lakin OBA istehlakçı məxfiliyi və məlumatların qorunması ilə bağlı narahatlıq doğurur.

Yeni xətti olmayan marketinq yanaşması Pərakəndə satıcılar müştəriləri cəlb etmək üçün bir tərəfli əlaqə üstündə qurulmuş xətti marketinq yanaşmasından, təminatçı və istehlakçı arasında qarşılıqlı dialoq və fayda paylaşma prinsipinə əsaslanan dəyər mübadiləsi modelinə keçdilər. Məlumatın yayılması Bloqosfera, YouTube, Facebook, Instagram, Snapchat və Pinterest kimi bir çox başqa platformalar vasitəsilə həyata keçə bilər. Onlayn icmalar və sosial şəbəkələr fərdlərə asanlıqla məzmun yaratmağa və bir çox mövzu və məhsul haqqında fikirlərini, təcrübələrini, düşüncələrini və hisslərini açıq şəkildə paylaşmağa imkan verir.

Nielsen Qlobal Ticarət Əlaqəli Anketi, 26 ölkədə müsahibələr apararaq, istehlakçıların mağazalarda və onlayn olaraq alış-veriş edərkən qərar vermək üçün internetdən necə istifadə etdiyini müşahidə etdi. Araşdırma nəticəsində beynəlxalq miqyasda alış-veriş edən onlayn müştərilərin sayının artdığı müşahidə edildi. Araşdırmada iştirak edən insanların 50%-dən çox hissəsi məhsulları son altı ayda xarici pərakəndə mağazalardan aldıqlarını ifadə edərək onlayn alış-veriş etdilər.

"Çox kanallı" marketinq (omni channel) strategiyasından istifadə, satış müddətində innovativ təkliflər istəyən istehlakçıların dəyişən gözləntilərinə uyğunlaşmalı olan müəssisələr üçün getdikcə daha vacib hala gəlir. Pərakəndə satıcılar getdikcə daha çox onlayn platformalarda mövcud olmağa, o cümlədən mövcud mağazaya əsaslanan mağazalarla yanaşı fəaliyyət göstərən onlayn mağazaların açılmasına fokuslanır. Pərakəndəçilər mağaza daxilində inventar aparmaq məcburiyyətində qalmadan, pərakəndə satış sahəsindəki "sonsuz dəhliz" istehlakçıların ehtiyaclarına uyğun məhsulu onlayn almasına səbəb olur. Yalnız internetə əsaslanan pərakəndə satıcılar da bazara daxil olur; bəziləri öz məhsulları ilə fərdi xidmətlər, peşəkar yardım və konkret təcrübə təmin etmək üçün müvafiq mağaza əsaslı satış nöqtələri yaradırlar.

Çoxkanallı bir yanaşma yalnız istehlakçılar üçün deyil, eyni zamanda biznes mühiti üçün də əlverişlidir: Tədqiqatlar göstərir ki, müştərilər çoxkanallı pərakəndə satış yolu ilə birkanallı pərakəndə satışdan iki qat daha çox pul xərcləyirlər və ümumiyyətlə daha sadiqdirlər. Bu, alış asanlığı ve məhsulların daha əlçatan olması ilə əlaqədar ola bilər.

Müştərilər tez-tez onlayn araşdırmalar aparır, sonra mağazalarda alış-veriş edir, magazalarda ikən təkrar araşdırma aparır və sonra onlayn olaraq digər variantları axtarırlar. Məhsullar üzərində onlayn müştəri araşdırması xüsusilə baha qiymətə məhsullar, qida və makiyaj kimi istehlak materilları üçün populyardır. İstehlakçılar internetdən məhsul məlumatlarını tapmaq, qiymətləri müqayisə etmək, sövdələşmə və promosyonlar axtarmaq üçün getdikcə daha çox istifadə edirlər.

Rəqəmsal dövrdə istifadə Markaların marketinq səylərindən faydalanmaq üçün rəqəmsal marketinqdən istifadə etmələrinin bir neçə yolu var. Rəqəmsal dövrdə rəqəmsal marketinqin tətbiqi markaların təkcə məhsullarını və xidmətlərini bazara çıxarmağa imkan vermir, eyni zamanda 24/7 onlayn müştəri xidmətləri ilə 24/7 onlayn müştərilərin özlərini dəyərli hiss etməsinə kömək edir. Sosial mediadan qarşılıqlı istifadə markalara müştərilərindən həm müsbət, həm də mənfi rəy almağa, habelə hansı media platformasının onlar üçün yaxşı işlədiyini müəyyən etməyə imkan verir. Buna görə rəqəmsal marketinq markalar və müəssisələr üçün artan bir üstünlük halına gəldi. Sosial media qaynaqları, bloglar və veb saytlar vasitəsilə istehlakçıların bir məhsul və ya marka ilə yaşadıqları təcrübələr haqqında onlayn rəy göndərmələri artıq adi haldır. Müəssisələrin sosial media kanalları vasitəsilə müştərilərlə birbaşa ünsiyyət yaratmaları və buna təşviq etmələri, aldıqları rəyləri lazımi qaydada istifadə etmələri getdikcə populyarlaşmışdır.

Sözlə ünsiyyət və həmyaşıdlararası dialoqlar şirkətdən birbaşa gondərilmədikleri ve planlaşdırılmadığı üçün müştərilərə daha çox təsir göstərir. Müştərilər digər müştərilərin təcrübələrinə daha çox güvənirlər. Nümunələrə, qida məhsulları paylaşan sosial media istifadəçiləri və müəyyən marka və françayzaları(imtiyazları) vurğulayan yemək təcrübələri daxildir. Bu, tedqiqatçılar tərəfindən instaqramda aparılan bir araşdırmada yeniyetmə İnstaqram istifadəçilərinin qida ilə bağlı təcrübə şəkillərini sosial şəbəkələrdə yerləşdirdikləri və məhsullarına pulsuz reklam təqdim etdikləri müşahidə edildi.

Şirkətlərin müştəriləri ilə əlaqə yaratması və bu dialoqlar və müzakirələri qurmaq üçün sosial media platformalarından istifadə etməsi getdikcə daha sərfəli hala gəlir. 2015-ci ildə Facebook tətbiqetməsinin hər ay ortalama 126 milyondan, Youtubeun ise orta hesabla 97 milyondan çox unikal istifadəçiyə sahib olması sosial medianın genişliyi faktını sübut edir.

Brend məşhurluğu

Giriş asanlığı Burada əsas məqsəd rəqəmsal marketinq müştərilərini cəlb etmək və rəqəmsal media xidməti və çatdırılması vasitəsilə onların marka ilə qarşılıqlı əlaqə qurmasını təmin etməkdir. Rəqəmsal rabitədən istifadə edərək məlumatları qısa vaxt ərzində əldə etmək asandır. İnternetə daxil olan istifadəçilər Facebook, YouTube, Forumlar və E-poçt kimi bir çox rəqəmsal vasitədən istifadə edə bilər. Rəqəmsal rabitə yolu ilə, kimliyindən asılı olmayaraq hər kəs, məlumatları tez bir zamanda bütün dünya ilə paylaşa biləcəyi çoxünsiyyətli bir kanal yarada bilər. Üz-üzə ünsiyyətin olmaması və məlumatın seçici auditoriya əvəzinə ümumi yayılması səbəbindən ayrı-seçkilik sosial yerlərdə heç bir rol oynamır. Bu interaktiv təbiət istehlakçılara hədəf auditoriyanın ənənəvi marketinq formalarının təqdim edə bilmədiyi bir marka haqqında sual verə biləcəyi və onunla tanışacağı bir söhbət yaratmağa imkan verir.

Rəqabət üstünlüyü