İnna Koren (; d. 30 mart 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — ABŞ-ni təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1986).

Həyatı İnna Koren 30 mart 1964-cü ildə Bakıda anadan olub. 1979-cu ildən ABŞ-də yaşayır. 1986-cı ildə qadınlar arasında Amerika çempionatının qalibi olub. Eyni ildə qadınlar arasında beynəlxalq usta adına layiq görülüb.

İnna Koren qadınlardan ibarət şahmat üzrə Amerika yığmasının heyətində 1984 və 1988-ci illərdə Şahmat Olimpiadasının iştirakçısı olub.

İnna Koren Yel Universitetini bitirib.

İstinadlar

Xarici keçidlər FIDE Chess profili Inna Koren. Chessgames.com Inna Koren. 365Chess.com

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:ABŞ şahmatçıları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:SSRİ şahmatçıları Kateqoriya:XXI əsr ABŞ qadınları