Yəhya Musa oğlu Musayev () — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini (2006–2024).

Həyatı Yəhya Musa oğlu Musayev 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1979-cu ildə başlamışdır. 1979–1980-ci illərdə fəhlə işləmiş, 1980–1982-ci illərdə "Azneftyoltikintitəmir" trestində mühəndis və iqtisadçı vəzifələrində çalışmışdır.

1982–1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib, 1983–1985-ci illərdə isə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib olmuşdur. 1985–1994-cü illərdə həmin idarədə baş mühasib vəzifəsində çalışmışdır.

1994–2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib işləmişdir. 2003–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi, 2004–2006-cı illərdə isə həmin istehsalat birliyində baş direktorun müşaviri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini təyin edilmişdir. 11 yanvar 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə həmin vəzifədən azad olunmuşdur.

11 dekabr 2012-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Ailəlidir, bir oğlu var.

Həmçinin bax Tofiq Rəfiyev

İstinadlar