Qızılağac Milli Parkı — Azərbaycanda yerləşən Milli Park.

Tarixi 26 sentyabr 2018-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdırAzərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az, 26.09.2018 .

Ərazisi Milli Parkın sahəsi 99060 hektardır. Bu ərazi Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlar (10390,89 hektar), Neftçala ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından ayrılan ərazi (309,11 hektar) və Qızılağac Dövlət Təbiət Qoruğunun (88 min 360 hektar) bazasını əhatə edir.

Haqqında

Bitkilər Şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan,gəngiz, şahsevdi, sarıbaş və s. bitkilərə rast gəlmək olar. Milli parkda 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi (yalnız Qafqaz regionunda rast gəlinən) – hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp qeydə alınmışdır.

Heyvanlar Su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və s. heyvanlarına rast gəlmək olar.Qamışlıq pişiyi, flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, və s. "Qırmızı kitaba"

Təbii, tarixi, mədəni yerlər "Şeyx Zahid" türbəsi Tarix-diyarşünaslıq muzeyi Xalq sənətkarlığı şəhərciyi "Xəlifə" türbəsi "Dairəvi qala” (“Zindan”) memarlıq abidəsi Mirəhməd Xanın evi Lənkəran Mayakı

İstinadlar

Kateqoriya:2018-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:26 sentyabrda yarananlar Kateqoriya:2018-ci ildə yaradılmış qoruq əraziləri