() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Orta Asiya və Qərbi Çindir.

Botaniki xarakteristikası Həmişəyaşıl koldur. Budaqları təxminən silindrik olur, cavan budaqları qırmızımtıl və yaşlandıqda sarımtıl-bozdur. İynələri 3 yerə bölünmüş, uzunluğu 2-5 sm-dir. Yarpaqları lansetvari, uzunluğu 6-12 sm, kənarları iti dişli, üstü tünd-yaşıl, alt tərəfi açıq, dərilidir. Çiçəklərin diametri 1 sm olmaqla, 4-8 ədəd dəstələrə yığılmışdır. Meyvələri uzunsov, uzunluğu 1-1,2 sm, qaradır.

Ekologiyası Abşeronun iqlim şəraiti üçün yararsız olan şümşadın yaxşı əvəzedicisidir. Bu kol parlaq günəşə üstünlük verir, ancaq yankölgədə yaxşı nəticələr əldə edə bilər.

Azərbaycanda yayılması Abşeronda, İsmayıllıda, Qəbələdə, Lənkəranda mədəni şəraitdə park və bağlarda becərilir.

İstifadəsi Bu kollardan ibarət cəpərlər yaxşı budanır və kollara baxımlı görünüş verir. Tək və qrup əkinlərdə, alpinarilərdə istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1913-cü ildə təsvir edilən bitkilər