Məhəmməd Muradlı ( 1 avqust 2003) — azərbaycanlı şahmatçı, qrosmeyster (2022).FIDE Chess Profile // Fide.com Məhəmməd Muradlı müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster olub . azertag.az
Karyerası 2011-ci ildə 8 yaşlı oğlanlar arasında Azərbaycan çempionatının qalibi olub.
2012-ci ildə Çexiyanın Praqa şəhərində keçirilmiş 10 yaşlılar arasında Avropa çempionatında 5-ci yer tutaraq ELO əmsalını 117 xal artırıb.European Youth Chess Championship 2012 - B10 - Czech Republic // Fide.com Eyni ildə İranın Rəşt şəhərində keçirilmiş "Xəzər kuboku"nun D qrupunda yarışıb və 10 yaşlı şahmatçılar arasında 3-cü yeri tutub.
2013-cü ildə 10 yaşlılar arasında Bakı və Azərbaycan çempionu olub. Həmin ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirində 10 yaşı olmasına baxmayaraq 11 yaşlılar arasında 9 mümkün xaldan 8.5 toplayıb və turnirin qalibi olub
2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında Respublika şahmat festivalında 12 yaşlılar arasında birinci yeri tutub.Ümümilli lider Heydər Əliyevin 90illik yubileyinə həsr olunmuş YAP şahmat turnir 18 Aprel 2013, Bakı // Chess-results.com/ Həmin il Yunanıstanın Kavala şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə Avropa çempionatında yaşı 11-dək olan şahmatçılar arasında qələbə qazanıb. Ardından Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 1 və 3-cü yerləri bölüşdürərək əlavə əmsallara görə 3-cü yeri tutub.Vugar Gashimov Memorial September 2014, Azerbaijan // Fide.com
2015-ci ilin mart ayında 12 yaşadək oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyində qızıl medal qazanıb. Ardıyca Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uşaqların yarışında 3-cü yerə layiq görülübChild tournament "Vugar Gashimov birthday's Memorial", U12, 2015 // Chess-result.com . Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilmiş "Abu Dhabi Masters" turnirinin A qrupunda (böyüklər arasında) iştirak edib və öz ELO reytinq əmsalını 133 xal artırıb.22nd Abu Dhabi Int. Chess Festival Masters Tournament // Chess-results.com/ Eyni ilin noyabr ayında Yunanıstanın Halkidiki yarımadasında keçirilmiş 12 yaşadək şahmatçılar arasında dünya çempionatında 11 oyundan 9 xal toplayaraq birinci olub. Bu qələbəsi ilə Məhəmməd öz reytinq əmsalını 121 xal artırmış və FİDE ustası titulunu qazanmışdır.World Youth Ch 2015 - Open under 12 // Chess-results.com . 185px|thumb|left|Muradlı 2016-cı ildə 2016-cı ildə kişilər arasında Azərbaycan çempionatına qatılmış və Eltac Səfərli, Nicat Abasov, Azər Mirzəyev, Vasif Durarbəyli və digər bu kimi qroysmeysterlərin arasında altıncı yeri tutmuşdur.2016-cı il kişilər arasında Azərbaycan Çempionatı // Chess-results.com Bu nəticəsi ilə Məhəmməd reytinq əmsalını 42.4 xal artırmış və Beynəlxalq Usta titulunun ilk normasını toplamışdır.2016-cı il kişilər arasında Azərbaycan Çempionatı // Chess-results.com/
2017-ci ildə Rusiyanın paytaxtında keçirilən "Moskva Open" turnirinin A qrupunda 9 oyundan 5.5 xal toplayaraq çıxışını uğurla başa vurub. Bu nəticəsi ilə Məhəmməd öz ELO reytinq əmsalını 48.6 xal artırmış və Beynəlxalq Usta titulunun 2-ci normasını toplamışdır.Moscow-Open 2017 A // Chess-results.com/ 2017-ci ildəki daha bir yarışda Gürcüstanın Poti şəhərində keçirilən Nana Aleksandria Kubokunun A qrupunda 9 oyundan 5.5 xal toplayaraq reytinq əmsalını 28.8 xal artırmış və Beynəlxalq Usta titulunun son normasını toplayaraq Beynəlxalq Usta adını qazanmışdır.XII Poti International Chess Festival Open A // Chess-results.com/
2018-ci ilin yanvar ayında keçirilmiş kişilər arasında Azərbaycan çempionatında üçüncü, mart ayında keçirilmiş 18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində ikinci, aprel ayında keçirilmiş 20 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində isə birinci yerə çıxıb.
2019-cu ilin yanvarında kişilər arasında Azərbaycan çempionatının qalibi olub. Həmin ilin fevralında Rusiyanın Moskva şəhərində keçirilən ''Aeroflot Open'' turnirinin B qrupunda 9 oyundan 6.5 xal toplayaraq 3-cü yerə çıxıb və reytinq əmsalını 16 xal artırıb.
2020-ci ilin fevral ayında Moskvada keçirilən ''Aeroflot Open'' turnirinə ikinci dəfə qatılır, 9 oyundan 6.5 toplayaraq 4-cü yerə çıxır və qrosmeyster titulunun ilk normasını toplayır. Bu turnirdəki nəticəsi ilə reytinq əmsalını 2449-a yüksəldir.
2021-ci ilin mayında kişilər arasında Azərbaycan Çempionatında 11 oyundan 5.5 xal toplayaraq reytinq əmsalını 11.8 xal artırıb. İyul ayında isə Serbiyada keçirilən ''Paracin Open 2021'' turnirində 9 oyundan 7.5 xal toplayaraq turnirin qalibi olmuş və qrosmeyster titulunun 2-ci normasını yerinə yetirmişdir. Ardından Barselonada keçirilən "El Llobregat Open Chess Tournament"də 6.5 xalla 8-ci yeri tutaraq 3-cü qrosmeyster normasını yerinə yetirdi.elllobregat Open Chess TnmT- 2nd Edition 2021 Chess-Results.com
2022-ci ildə Naxçıvanda keçirilən Azərbaycan çempionatının qalibi oldu.Azərbaycan Çempionatı -2022 / Çempion - Məhəmməd Muradlı . www.asf.org.az May ayında FİDE Məhəmmədin qrosmeyster titulunu rəsmi olaraq təsdiq etdi.
2023-cü ilin oktyabrında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatında 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb.
Komanda Məhəmməd Muradlı 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət üçüncü komandasının heyətində mübarizə aparmışdır.
2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Mahammad Muradli. Chess-DB.com Mahammad Muradli. Chessgames.com Mahammad Muradli. 365Chess.com
Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat qrosmeysterləri