Lavan adası () — Fars körfəzində İrana məxsus adalardan biridir. Adanın sahəsi 75,6 km²-dir.
Ada materikdən 18 km aralıda yerləşir. Uzunluğu 25 km, eni isə 5 km-dir.
Adada İranda xam neft hasil edən dördüncü ən iri neft terminalı yerləşir. Neftayırma zavodu gün ərzində 20 min barel neft emal edir. Dənizdə ən iri neft terminalı isə Xarg adasında yerləşir.
İstinadlar
Mənbə Operational Regions — Lavan Disrtict
Kateqoriya:Fars körfəzi adaları Kateqoriya:İran adaları Kateqoriya:Hörmüzgan ostanı