Zatoka () — Ukraynanın Odessa vilayətinin Bilqorod-Dnestrovski rayonunda yerləşən şəhər tipli qəsəbə. Məntəqə yerli bir çimərlik kurortudur. Əlavə olaraq, qəsəbədə Buqaz adlı kiçik bir dəniz limanı var. 2017-ci ildə Zatokada 1,869 nəfər yaşayırdı.

Qəsəbə Dnestr estuarisinin çayın Qara dənizə axdığı dilində yerləşir. Qəsəbə Odessa şəhərindən 60 kilometr, Bilqorod-Dnestrovski şəhərindən isə 18 kilometr uzaqlıqla yerləşir.

Ərazi bölgüsü İnzibati və ərazi baxımından Zatoka qəsəbəsi Bilqorod-Dnestrovski şəhər şurasının tərkibindədir. Zatoka qəsəbəsi üç əraziyə – "Limanski", "Solneçi", "Tsentralnıy" rayonlarına bölünmüşdür

Tarixi Qəsəbənin yaxınlığında Tripol mədəniyyəti dövründən qalma bir abidə yerləşir. Zatoka qəsəbəsinin əsası 1827-ci ildə qoyulmuşdur. Qəsəbədə bir mayak tikilmiş, ancaq 1851-ci ildə baş vermiş bir qəzada məhv olunmuşdur. 1877-ci ildə qəsəbə mayakı yenidən tikilmişdir. Əvvəlki mayakdan fərqli olaraq, bu mayakın hündürlüyü 16 metr idi. 1918-ci ilin mart ayında Bessarabiya Rumıniya Krallığı tərəfindən işğal, həmin ilin aprel ayında isə rəsmi olaraq ilhaq edilmişdir. 1940-cı ildə Bessarabiya SSRİ-nin bir parçası olmuşdur. 1941-ci ildə qəsəbə Rumıniya qüvvələri tərəfindən işğal edilmişdi. 22 avqust 1944-cü ildə Zatoka SSRİ qüvvələri tərəfindən azad edilmişdir. 1945-ci ildə qəsəbədə yeni bir məktəb tikilmişdir. 5 dekabr 1955-ci ildə qəsəbədə bir dəmiryol körpüsü tikilmişdir. 1989-cu ildə qəsəbədə 686-ı kişi, 884-ü isə qadın olmaqla 1,570 nəfər yaşayırdı.

İqlim

Siyasət Ukrayna Respublikası öz müstəqilliyini 24 avqust 1991-ci il tarixində əldə etdikdən sonra, Nadejda Yarçeva qəsəbənin başçısı olmuşdur. 16 noyabr 2010-cu il tarixində Zatoka qəsəbə şurasının ilk iclası keçirilmişdir. İclasın sonunda Vasili İvanoviç Zvyaqinçev qəsəbənin yeni qəsəbə başçısı seçilmişdir.

Nəqliyyat Qəsəbədən regional əhəmiyyət daşıyan Odessa–Bilqorod-Dnestrovski–İzmail magistrial yolu keçir. Qəsəbədə bir dəmiryol stansiyası var. Buradan Odessa, İzmail və Kiyev şəhərləri getmək mümkündür. Dəmiryol nəqliyyatı kənd həyatında mühüm rol oynayır.

Turizm Sahilyanı qəsəbənin 50–150 kilometr qalınlığında və 17.5 kilometr uzunluğunda bir kvars çimərliyi olması Zatokanı regionun əsas turizm mərkəzlərindən biri etmişdir. Turistlərin əksəriyyəti Ukrayna, Moldova və Belarus vətəndaşları olur. Zatokada çoxlu dəniz attraksionları var. 2015-ci ildən bəri Zatoka "Z-Games" adlı bir idman və musiqi festivalına ev sahibliyi edir. 2017-ci ildə Zatokanın "Limanski" rayonunda bir akvapark açılmışdır.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə yaşayış məntəqələri Kateqoriya:Ukrayna kurortları Kateqoriya:Çılpaq çimərliklər Kateqoriya:Odessa vilayətindəki şəhər tipli qəsəbələr