Battlefield: 1942: The Road to Rome () — 2002-ci ildə satışa çıxarılmış "Battlefield 1942" videooyunu üçün genişləndirmə paketi. Add-on "Digital Illusions CE" tərəfindən hazırlanmış və "Electronic Arts" videooyun nəşrçisinin təşəbbüsü ilə 2 fevral 2003-cü ildə Şimali Amerika, 7 fevral 2003-cü ildə isə Avropa iqtisadi regionu üçün satışa çıxarılmışdır. İkinci dünya müharibəsi dövründə İtaliyada baş verən döyüşləri təsvir edən 6 xəritə, eləcə də 8 nəqliyyat vasitəsi buraxılmışdır. Add-on oyuna Fransa və İtaliya hərbi qüvvələrini də əlavə etmişdir. Add-on vasitəsilə oyuna əlavə edilən yeni xüsusiyyətlərdən biri mühəndislərin əlbəyaxa döyüş üçün tüfənglərinə süngü yerləşdirə bilmələridir. Add-on oyuna iki yeni silah – İtaliyanın Breda 30 əl pulemyotunu və the Britaniyanın Sten avtomatını əlavə edir. Bunlarla yanaşı, add-on orijinal "Battlefield 1942"-nin giriş videoçarxına əlavə səhnələr yerləşdirir.

Qəbul

Rəy toplayıcısı "Metacritic"ə əsasən "Battlefield: 1942: The Road to Rome" "ümumiyyətlə yaxşı" rəylər almışdır. Add-on yeni çoxnəfərli rejimlərinin və silahların az olmasına görə tənqidlənmişdir. Add-onun ən təriflənən akpekti maraqlı xəritə dizaynları idi.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:2003-cü ilin videooyunları Kateqoriya:Battlefield oyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Videooyun genişləndirmə paketləri Kateqoriya:Hadisələrin İtaliyada cərəyan etdiyi videooyunlar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Windows videooyunları Kateqoriya:Hadisələrin Fransada cərəyan etdiyi videooyunlar Kateqoriya:MacOS videooyunları Kateqoriya:2002-ci ilin videooyunları