Zenisa Universiteti () — Bosniya və Herseqovinanın Zenisa şəhəri ərazisində yerləşən dövlət universiteti. Universitet 18 oktyabr 2000-ci ildə Sarayevo Universitetinin bəzi fakültələrinin onun tərkibindən çıxarılıb Zenisaya köçürülməsindən sonra təşkil olunmuşdur. Universitetdə 6000 tələbə təhsil alır. Təhsil ocağı 135 professor və 210 müllimlə fəaliyyət göstərir. 2013-cü ildə universitetdə birinci dövr ərzində 26 tədris proqramı və ikinci tədris dövründə 39 tədris proqramı təşkil edilmişdir. Universitetin rektoru Damir Kuçiçdir.

Tarixi Zenisa Universitetinin sələfi 1950-ci ildə qurulan Metallurgiya kollecidir. Təhsil ocağı 1961-ci ildə Sarayevo Universitetinin Metallurgiya fakültəsinə çevrilmişdir. Sonradan Zenisada Universitetin bir çox fakültələri meydana gəlmişdir. 2000-ci ildə isə Zenisa-Doboy kantonunun qərarı ilə yeni müstəqil universitet təşkil edilmişdir. O Balkan universitetləri sisteminə daxildir. Universitet Boloniya qaydalarına əsasən bakalavr və magistr proqramları ilə təmin edilmişdir. Universitetdə 8 fakültə fəaliyyət göstərir.

Hər il oktyabr ayında Zenisa Arena stadionunda bakalavrlar və magistrlara diplomların verilməsi mərasimi keçirilir.

Fakültələr Metallurgiya və metal elmləri fakültəsi Mühəndis-mexanika fakültəsi Fəlsəfə fakültəsi İqtisadiyyat fakültəsi Hüquq fakültəsi Tibb fakültəsi İslam Pedaqoji fakültəsi Politexnik fakulrtıəsi

İstinadlar

Mənbə Rəsmi sayt

Kateqoriya:Bosniya və Herseqovina universitetləri