Dilfirib xanım (d. 1890 — ö. 1952) — 35. Osmanlı sultanı V Mehmedin beşinci xanımı.
Həyatı Əslən çərkəz olan Dilfirib xanım 1890-cı ildə İstanbulda dünyaya gəlmişdir. Çox gənc yaşda saraya verilmiş, burada saray təhsili almışdır. Xidmət etdiyi illərdə Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 1907-ci ildə onunla vəliəhd sarayında evləndi. Sultan Mehmed Rəşadın 1918-ci ildə vəfatından sonra bir müddət sarayda qaldı və daha sonra Ərənköydəki bir villaya köçdü. Bir müddət sonra bir həkimlə evlənən Dilfirib xanımın bu evlilikdən bir oğlu dünyaya gəldi. Uzun müddət burada yaşadıqdan sonra, Vaniköydəki villasında 1952-ci ildə xərçəng xəstəliyindən vəfat etdi.
Mənbə https://books.google.com/books?qGAtAQAAIAAJ Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-9-759-96109-1 M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları
İstinadlar
Kateqoriya:Osmanlı sultanlarının xanımları Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər