Şiələrin İraq Şam İslam Dövləti tərəfindən soyqırımı (, ) və ya Şiələrin İraq Şam İslam Dövləti tərəfindən təqibi (, ) — 2014-cü ilin avqust ayından başlayaraq İŞİD-in idarə etdiyi Şimali İraqda şiələrin sistematik şəkildə öldürülməsinə verilən ad.
Şiələrin İraqda əksəriyyəti təşkil etmələrinə baxmayaraq, onlar İŞİD tərəfindən kütləvi şəkildə öldürülürdülər. 12 iyun 2014-cü il tarixində İŞİD qüvvələri Speyşer düşərgəsi qətliamında ən azı 1,600–1,700 şiə kursamnt və məhbus öldürmüşdür. Şahidlərin dediklərinə görə, terror təşkilatının Mosul şəhərini almasından sonra, onlar sünni və şiə məhbusları ayırmışdılar. 650 şiə məhbus başqa bir yerə aparılıb öldürülmüşdür. Kürd vəzifəliləri buna bənzər bir hadisənin Ərbil şəhərində baş verdiyi barədə məlumat veriblər.
Amnesty International təşkilatı İŞİD-i Şimali İraqdakı dini və etnik azlıqların təmizlənməsi və icmaları "İraq xəritəsindən silinmək təhlükəsinə qoymaq"la günahlandırmışdır. 2 sentyabr 2014-cü il tarixində verilən xüsusi bir hesabata görə, İŞİD qüvvələri "sistematik olaraq qeyri-sünni müsəlman icmaları hədəfləmiş, yüzlərlə, bəlkə də minlərlə insanı oğurlamış və ya öldürmüş və 10 iyun 2014-cü il tarixindən bəri zəbt edilən ərazilərdə yaşayan on minlərlə şiələri və digər azlıqları qaçmağa məcbur etmişdir". Nineviya şəhərində ən çox öldürülən şiə qrupları türk əsilli türkmanlar və şahbeklər idi.
Mosulun düşməsi 2014-cü ilin yayında Mosul şəhərindəki və İŞİD-in zəbt etdiyi digər ərazilərdə şiə mülkiyyətləri ر, yəni “R” hərfiylə rənglənmişdir. Bunun mənası Rafizilər — sünnilərin şiələrə verdiyi alçaldıcı bir ad idi. Şiələrin sahibləndiyi evlər və müəssisələrə İŞİD tərəfindən müsadirə edilmiş və yerli İŞİD tərəfdarlarına və xarici döyüşçülərə verilmişdir. On minlərlə şiə türkman və şahbek Mosul, Təlafər və Nineviya düzənliyini tərk etmişdir.
Bəşirdə şiələrə qarşı hücumlar Bəşir qəsəbəsinin yaxınlığındakı üç şiə kəndinin İŞİD qüvvələri tərəfindən hücuma məruz qalmasından və uşaqlar da daxil olmaqla 40 nəfərin öldürülməsindən sonra on minlərlə şiə Səlahəddin mühafəzası və Kərkük şəhərindən qaçmışdır.
Şiə məbədlərinin məhv edilməsi
İŞİD şiələri çoxallahlı və kafir olaraq görür. Buna görə də o, İŞİD tərəfindən idarə edilən ərazilərdəki bütün şiə məbəd, məscid və pərəstişgahlarını məhv etmək üçün əməliyyat başlatmışdır. Verilən məlumatlara əsasən, bu əməliyyat nəticəsində Mosul və Təlafər ərazilərində ən azı 10 şiə məbədi məhv edilmişdir. 2016-cı ilin iyul ayında İŞİD dəstələri Məhəmməd ibn Əli əl-Hadinin Məqbərəsinə hücum etmişdir. Bu terror aktının nəticəsində ən azı 100 nəfər həlak olmuşdur.
Soyqırım iddiaları 17 mart 2016-cı il tarixində ABŞ dövlət katibi Con Kerri İŞİD terror qruplaşmasının İraq və Suriyada şiələrə və digər dini və etnik azlıqlara qarşı törəddiyi zorakılığın soyqırım olduğunu elan etdi və bunları dedi:
Con Kerrinin bu sözləri dediyi həftədə ABŞ palatası İŞİD-in idarə etdiyi ərazilərdə törəddiyi vəhşilikləri soyqırım olaraq təsnifləşdirmişdir.
Həmçinin bax Yezidilərin soyqırımı (İŞİD) Xristianların soyqırımı (İŞİD) Türkman soyqırımı Bağdadda terror (2016)
İstinadlar
İŞİD Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:İslam tarixi