İdlib əməliyyatı () və ya şifrələnmiş adı ilə İdlib De-eskalasiya Nəzarət Qüvvəsi fəaliyyətləri () — "Fərat Qalxanı" əməliyyatından sonra, de-eskalasiya zonası yaratmaq hədəfiylə 12 oktyabr 2017-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyat. Bu, Fərat Qalxanı və Şah Fırat əməliyyatlarından sonra Türkiyənin həyata keçirdiyi üçüncü transsərhəd əməliyyatıdır.

Arxaplan Hərbi əməliyyat Türkiyə, Rusiya və İran tərəfindən imzalanmış 2017-ci il Astana sazişindən sonra başladılmışdır. Bu sazişdə, qeyd edilən ölkələrin hökuməti Əl-Qaidənin bir qolu olan Həyyat Təhrir əş-Şam (əsasən HTŞ olaraq bilinir) cihadçı radikal hərbi quruplaşmasının İdlib regionundan çıxarılması üçün razılaşmışdılar. HTŞ İdlib regionundakı dominant qüvvə hesab edilirdi, lakin quruplaşma İdlib əməliyyatının başlamasıyla dəstək itirməyə başlamışdır.

Əməliyyat

2017-ci il Türkiyə Silahlı Qüvvələri 2017-ci ildə sadəcə kiçik ölçülü hərbi əməliyyatlar həyata keçirmişdir.

2018-ci il 2018-ci ilin fevral ayında Türkiyə Silahlı Qüvvələri İdlibin şimal və cənub-şərqi hissələrində çoxsaylı müşahidə nöqtələri tikməyə başlamışdır.

13 mart 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Həma mühafəzəsinin şimal-qərbi hissəsinə daxil olmuş və iki yeni müşahidə nöqtəsi tikməyə başlamışdır. Türkiyə nümayəndə heyətinə Türkistan İslam Partiyası müşayiət edirdi.

22 may 2018-ci ildə Türkiyə Silahlı Qüvvələri İdlib mühafəzəsindəki 12-ci və son müşahidə nöqtəsini tikmişdir. Bu layihənin səbəbi Türkiyə ilə Suriya hökuməti və müharibədə iştirak edən digər tərəflər arasında gərginliyin artma təhlükəsi idi.

Reaksiyalar

Suriya-daxili – Suriya Xarici İşlər Nazirliyindəki adsız bir mənbə "Türkiyə hökuməti Astanada razılaşdığı şeylərə riayət etməlidir" demişdir. Şimali Suriya Demokratik Federasiyası – Afrinin Müdafiə və Özünümühafizə Orqanının sədri Rəzan Qilo Kurdistan 24 telekanalına "Afrində Türkiyə qüvvələri tərəfindən həyata keçirilən hər hansı bir hərbi əməliyyat uğursuz olacaq, çünki bu, kəskin və gözlənilməz cavab alacaq" demişdir. Cəyş əl-Tuvar – Cəyş əl-Tuvarın komandiri Əhməd Sultan Türkiyəni İdlibi Suriya hökuməti, İran və Rusiyaya satmaqla ittiham etmişdir və İdlib xalqını planlanmış Türkiyə, İran və Rusiya hərbi müdaxiləsinə müqavimət göstərməyə çağırmışdır. Həyyat Təhrir əş-Şam – Həyyat Təhrir əş-Şam rəhbərliyi hərbi müdaxiləni dəstəkləyən hər kəsin İslama xəyanət etdiklərini demişdir. Buna baxmayaraq, qruplaşmanın içərisindəki bir fraksiya Türkiyənin əməliyyatını dəstəkləyir, bu isə Həyyat Təhrir əş-Şamda fraksiyaçı böhranına səbəb olmuşdur.

Beynəlxalq – Astana danışıqları üçün Rusiya Federasiyasının nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev Rusiyanın İdlib məsələsinə dair Suriya hökuməti və Türkiyə arasında vasitəçi qüvvə olmağa hazır olduğunu demişdir.

Fövqəlmilli – BMT-nin Suriyaya olan xüsusi diplomatik nümayəndəsi Staffan De Mistura dördüncü bir de-eksalasiya zonasının yaradılmasının müsbət bir inkişaf olduğunu demişdir.

Həmçinin bax Şah Fırat Fərat Qalxanı əməliyyatı Zeytun budağı əməliyyatı

İstinadlar

Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2017-ci ildə Suriya Kateqoriya:2017-ci ildə Türkiyə Kateqoriya:2018-ci ildə Suriya Kateqoriya:2018-ci ildə Türkiyə Kateqoriya:Türkiyə Silahlı Qüvvələri əməliyyatları