thumb|Priştinada küçə Priştina Kosovoda avtomobil, dəmir yolu və hava şəbəkələrinin əsas qovşağıdır. Avtobuslar, qatarlar və təyyarələr Priştina ilə digər bölgələr arasında yüksək səviyyədə nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat polisinin məlumatına görə, Kosovo Respublikasında qeydiyyatdan keçmiş 240 min nəqliyyat vasitəsi vardır ki, bununda təxminən 100 mini (41%) Priştinanın payına düşür.

Yollar thumb|Priştinada gündüz Kosovo müharibəsindən sonra Priştinada yollar çox pis vəziyyətdə idi. Vəziyyətin düzəldilməsi üçün dövlət investisiyaları tələb olunurdu. Hazırda Priştinada infrastruktur yaxşı vəziyyətdədir. Priştinanı digər şəhərlərlə birləşdirən yollar Kosovo nəqliyyat şəbəkəsinin əsasını təşkil edir. M2 yolu şimaldan, Mərkəzi Serbiyadan başlayır və Priştinadan keçməklə Makedoniya sərhəddinə qədər uzanır. M9 yolu Mərkəzi Serbiyadan başlayır və Reç şəhərindən keçməklə Monteneqro sərhədinə qədər uzanırhttp://wbc-inco.net/object/document/9842/attach/0_1NationalBackgroundReportonTransportforKosovo-UNMIK.pdf Page. 14. Priştinada yol qəzaları. Aşağıdakı cədvəldə 2008-2011-ci illərdə Priştina yollarında ölümcül qəzaların sayı göstərilir. 2008 2009 2010 2011 Ölümcül olanlar 1383 1628 1463 1545

Hava limanları

thumb|Priştina Beynəlxalq Hava Limanı Beynəlxalq hava limanı Kosovonun paytaxtı Priştinadan 15 km cənub-qərbdə yerləşir. Uçuş eniş zolağının uzunluğu 2500 metrdir. Bir çox yollara, texniki, təmir, yaşayış binalarına və anqarlara sahibdir. Hava limanı istənilən müasir növ təyyarəni qəbul etmək imkanına sahibdir.

Priştina Beynəlxalq Hava Limanı bölgədəki ən yüklənmiş hava limanıdır. Buradan hər il təxminən 17 min uçuş həyata keçirilir və hava limanı 1,2 milyon sərnişinə xidmət edir. 2008-ci il nəticələrinə əsasən aeroportun gəlirləri 25 milyon avro təşkil edir. Hava limanı dünyanın 35 avia şirkəti ilə əməkdaşlıq edirhttp://www.bogalaw.com/pdf/Investment_Kosovo_January12.pdf Page .16.

Avtobuslar thumb|Priştinada avtobuslar Priştina Avtovağzalı bütün Kosovo və bir sıra beynəlxalq istiqamətlərə xidmət göstərir. Əsas avtovağzal Bill Klinton Bulvarı ərazisində, şəhərin 2 km cənub-qərbində yerləşir.

Priştina şəhər administrasiyasına yalnız 4 və 3A avtobus xəttləri aiddir. Digərləri isə özəl operatorlara aiddir.

Taksi thumb|Priştinada taksi Pristinada bir çox taksi operatorları vardır. Birinci kilometr 1,5 avroya başa gəlir, daha sonra isə hər km 0,6 avro təşkil edir. Bir qayda olaraq pik saatlarda Priştinanın bir ucundan digərinə gediş haqqı 10 avrodan artıq olmurhttp://www.inyourpocket.com/data/download/pristina.pdf Pg. 36.

Dəmir yolu thumb|Priştina dəmiryolu vağzalı Priştinada eyni adlı dəmiryolu vağzalı vardır. Buradan Skopyeyə gündəlik gediş vardır.

Avtomobillər 2002-ci ildə Kosovonun hər 1000 sakininə təxminən 113 avtomobil düşür. Müqayisə üçün Vyanada hər 1000 sakinə 393, Ştutqartda isə 549 avtomobil düşür. Şəhərdə motosikletlərin sayı isə 2300-dan artıqdır.

İstinadlar

Kateqoriya:Priştina Kateqoriya:Kosovoda nəqliyyat