Dmitri Avdeyenko (; doğ. 30 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, dörtqat "Büllur bayquş" sahibi.

Nə? Harada? Nə zaman? İntellektual oyunlar oynamağa ilk dəfə 1996-cı ildə Bakıdakı "Atəşgah" İntellektual Oyunlar Klubunda başlayıb. 1999-cu ildə "Breyn-rinq" üzrə Azərbaycan yığmasına daxil olub. "Nə? Harada? Nə zaman?" və "Breyn-rinq" üzrə dəfələrlə Bakı çempionu olub. İki dəfə "Nə? Harada? Nə zaman?" üzrə Cənubi Qafqaz vitse-çempionudur. "Breyn-rinq" üzrə Moskva çempionudur.

Elitar klubda ilk oyununu 2001-ci il seriyasının qış mövsümündə keçirib.

2004-cü ildə Balaş Qasımovun komandasının heyətində "Nə? Harada? Nə zaman?" oyunu üzrə mütləq dünya çempionu olub.

2009, 2010 və 2018-ci illərdə Balaş Qasımovun komandasının heyətində "Büllur bayquş"a sahib olub.

Şəxsi həyatı Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Moskva şəhərində yaşayır, reklam agentliklərinin birində çalışır.

Evlidir. Bir oğlu, üç qızı var.

İstinadlar

Xarici keçidlər Chgk.tvigra.ru saytında profili 20px|link=YouTube Дмитрий Авдеенко: о Баку, секретах команды Касумова и узнаваемости

Kateqoriya:"Nə? Harada? Nə zaman?" oyunçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:"Büllur bayquş" sahibləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan rusları