Mark Qasol (isp. Marc Gasol; . 29 yanvar 1985, Barselona, İspaniya) — İspan peşəkar basketbol oyunçusu. NBA liqində Memfis Qrizzlisdə oynayır. 2007 NBA seçmələrində mərhələ 2, yığma 48, Los-Anceles Leykers tərəfindən seçilib. Mərkəz mövqeyində oynayan basketbolçu, NBA liqində oynayan Pau Qasolun qardaşıdır. Boyu 2.16 sm-dir.

Həyatı thumb|left|275px|2008-ci ildə Qasol oyunda olarkən|230x230px 1985-ci ildə anadan olub. Sonralar ailəsi ilə birliktə Amerika Birləşmiş Ştatlarına köçüblər. Kolleci orada bitirib. 2003-cü ildə Lausanne Kollecində oynayarkən "2 liq cənab basketbol" seçildi. Oyunda 26 xal, 13 ribaund, 6 blok əldə etdi. Ailəsi hələ də Amerika Birləşmiş Ştatlarında yaşayır.

Karyerası thumb|Qasol topu Bleyk Qriffindən alarkən Kollec təhsilini bitirdikdən sonra İspaniyaya gedib. 2004-2006 tarixlərində Barselonada oynayıb. 2006-2008 tarixlərində Akasvayu Qirona komandasında oynayıb. 2008-ci ildə liqin ən dəyərli oyunçusu seçilib.

2007-ci ildə NBA seçmələrinə qatılıb. mərhələ 2, yığma 48 Los-Anceles Leykers tərəfindən seçilib. 1 fevral 2008-ci ildə Memfis Qrizzlis komandasına mübadilə edildi. 23 avqust 2008-ci ildə Memfis Qrizzlis komandasına imzasını atdı.

2008-ci ildə NBA liqində oynayan Qasol, ilk mövsümündə 82 oyunda yer aldı. 75 oyununda ilk 5 başladı. İlk ilini 11,9 xal, 7,4 ribaund ilə qurtardı. 2009-2010 mövsümündə 69 oyunda oynadı. Mövsümü 14,6 xal, 9,3 ribaund ilə bitirdi. 2010-2011-ci ildə 81 oyunda yer alıb. Həmin il Play-off təcrübəsi yaşadı. 11,7 xal və 7.0 ribaundla mövsümü bitirdi. Komandası ilə birlikdə konfrans yarı finallarına yüksəldi. Play offlarda 13 oyunda yer aldı. 15,0 xal, 11,2 ribaund ve 2,2 blok ilə mövsümü tamamladı. 2011-2012-ci ildə karyerasında ilk dəfə olaraq ən ulduz oldu.

Ailədə 3 qardaşdırlar. Böyük qardaşı Pau Qasoldur. Ən balaca qardaşlarıda vardır. Adı Adriadır.

2012-2013-cü ildə ilin ən yaxşı müdafiəçisi mükafatını qazanmışdır.

Milli komanda thumb|right|275px|Mark və Pau 2012 Yay olimpiya oyunlarında, İspaniyada olarkən

Milli komanda ilə bir çox turnirə qatılan oyunçu, komandası ilə bir çox medal qazandı. 2008-ci ildə Pekində olan Olimpiya oyunlarında gümüş medal qazandı. 2006-cı ildə Yaponiyada olan Basketbol üzrə dünya çempionatında qızıl medal, 2009-2011-ci illərdə olan Basketbol üzrə Avropa çempionatında komandası ilə birlikdə iki dəfə qızıl medal qazandı.

Mükafatları

NBA Ən Dəyərli Oyunçu Mükafatı (2008-09) NBA All-Star (2012) NBA İlin Müdafiə Oyunçusu (2012) NBA İlin Ən Yaxşı Beş Oyunçusu (2013) NBA İlin Ən Yaxşı Müdafiə Komandası (2013)

İspaniya Liqi (2004) İspaniya superkuboku (2004) "Eurochallange" (2007) Kataloniya liqi (2007) ACB liqi (2008)

İspaniya milli komandası Basketbol üzrə dünya çempionatı Basketbol üzrə Avropa çempionatı 2008 Yay Olimpiya Oyunları Basketbol üzrə Avropa çempionatı 2009 Basketbol üzrə Avropa çempionatı 2011 2012 Yay Olimpiya Oyunları Basketbol üzrə Avropa çempionatı 2013 2013 FBA Basketbol üzrə Avropa turniri

İstinadlar

Həmçinin bax Memfis Qrizzlis NBA seçmələri Mərkəz mövqeyi

Xarici keçidlər

FIBA.com Profile Marc, the other Gasol Basketball club founded by Marc Gasol in Girona

Kateqoriya:Memfis Qrizzlis basketbolçuları Kateqoriya:Əlifba sırasına görə basketbolçular Kateqoriya:1985-ci ildə doğulanlar Kateqoriya:29 yanvarda doğulanlar Kateqoriya:Toronto Reptors basketbolçuları Kateqoriya:Los-Anceles Leykers basketbolçuları Kateqoriya:İspaniya basketbolçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2008 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib İspaniya idmançıları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında basketbolçular Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında basketbolçular Kateqoriya:Milli Basketbol Assosiasiyası All-Star basketbolçuları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında basketbolçular Kateqoriya:Basketbol üzrə dünya çempionları Kateqoriya:Basketbol üzrə Avropa çempionları