The Last of the Real Ones () – ABŞ rok qrupu Fall Out Boy tərəfindən buraxılmış sinql. 14 sentyabr 2017-ci ildə Şimali Amerikada, 15 sentyabr 2017-ci ildə bütün dünyada buraxılmışdır. 16 sentyabr 2017-ci ildə House of Blues konsert zalında, 18 sentyabr 2017-ci ildə "Jimmy Kimmel Live!" verilişində canlı ifa olunmuşdur.
Musiqi videosu "The Last of the Real Ones" üçün musiqi videosu sinqlın buraxıldığı üçün gün buraxılmışdır. Videoda maşının baqajına bağlanmış Pit Vents lamalar tərəfindən kürəklə döyülür. Bu video Kanye Vestin "Flashing Lights" mahnısının musiqi videosunu xatırladır. Belə ki, həmin videoda da Kanye Vest baqaja bağlanmış vəziyyətdədir və qadın tərəfindən kürəklə döyülür. Makkoy | Meyer cütlüyü videonun rejissorları olmuşdurlar.
Şəxslər Fall Out Boy Patrik Stamp – əsas vokalist, piano, proqramlaşdırma, bəstə Pit Vents – bass gitara, bəstə Co Troman – əsas və ritm gitaralar, bəstə Endi Hörli – drumlar, zərb alətləri, bəstə
İstehsal Karlo "İllancelo" Montagnese – bəstə, istehsal
Hit-paradlarda Hit-parad (2017-18) Ənyüksək mövqe Avstraliya (ARIA) 83 Portuqaliya (AFP) 98 ABŞ Hot Rock Songs (Billboard) 5
İstinadlar
Kateqoriya:Fall Out Boy mahnıları Kateqoriya:2017-ci ilin mahnıları Kateqoriya:2017-ci ilin sinqlları