Qara Dərviş () — azərbaycanlı musiqiçi.
Həyatı Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə 1990-cı il 11 oktyabrda Bakıda pedaqoq ailəsində doğulub. Seyid Cəfər Pişəvəri adına fars təmaüllü gimaziyada orta təhsilini tamamladıqdan sonra ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirən Qara uşaq yaşlarından musiqiyə böyük maraq göstərir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaqla yanaşı Bakı Musiqi Akademiyasında Opera vokal və Ümumi bəstəkaralıq dərsləri də almışdır.
Fəaliyyəti
Qara 2008-ci ildə dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin "Sığmazam", "İstəmə" qəzəllərinə olan bəstələrinin də yer aldığı ilk Demo proyektini dinləyicilərinə təqdim edir. Beləki, bu bəstələr Azərbaycanda və eləcə də dünyada metal janrının qəzəl ilə ilk sintezidir. 2010-cu ildə Sumqayıtda ilk solo konsertini edən Qara Dərviş, "Yuxu"-dan sonra Azərbaycanda dərin yuxuya getmiş roku yenidən oyadır. Elə həmin ildə Amerikanın məşhur qruplarından olan "Brazzaville" ilə eyni səhnəni paylaşaraq Azərbaycan rokunu təmsil edən Qara ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə üz tutur. 1 illik aradan sonra yenidən yaradıcılığa qayıdan Qara Dərviş bu dəfə sözləri Anara, bəstəsi Emin Sabitoğluya aid "İncəbellim"-i (Dədə Qorqud Dastanından – Bamsı Beyrəyin mahnısı) yenidən aranjiman və ifa edir. Dinləyiciləri arasında çox səs-küy salan ifadan sonra Qara 2013-cü ildə "TEDx Baku" layihəsində səhnə alır. Yaşıl Teatrda Amerikanın "Filligar" qrupu ilə səhnə alaraq, Azərbaycan rokunu təmsil edən Qara Dərviş musiqidəki imkanlarının inkşafı üçün 2013-cü ildə Azərbaycandan köçür. SAE İstanbulda (Audio Engineering & Producing (2013)) təhsil aldıqdan sonra Bahçeşehir Universiteti – (Sound Technologies (magistr (2014))) fakültəsinə qəbul olaraq akademik təhsilinə davam etməkdə qərarlı olan Qara eyni zamanda Azərbaycanın korifey sənətkarları, xalq artistləri – Alim Qasımov və Əlixan Səmədovun (Çıx yaşıl düzə) da yer aldığı "National Pearls" adlı ilk albomunu da 2015-ci ildə təqdim edir. Səsyazmaları 3 il (Bakı, Tiflis, İstanbul) davam edən bu albomun təqdimatı Türkiyə və Azərbaycan olmaqla iki ölkədə baş tutur. Albomun səsyazmaları "Darvisch Creative Sounds", "SAE İstanbul", "BAU" Studios və Dodo Studioda həyata keçirlir. Albom "Sekiz Müzik Yapım" tərəfindən yayımlanır. Daha sonra Azərbaycana qayıdan Qara, Bakıda "Keçmiş", "Yağmur", "Yorğun", adlı bəstələrinə klip çəkir. 2017-ci ildə xalq artisti Nisə Qasımova ilə duet olan "Yalandır Dünya" adlı mahnının klipini təqdim edir. Azərbaycanın və Türkiyənin bir çox məşhur simalarıyla əməkdaşlıq edən Qara hal-hazırda İstanbulda yaşayır.
Diskoqrafiyası Yaradıcılığının özünəməxsus fəlsəfəsi və ədəbiyyatı ilə diqqət çəkən Qara Dərvişin sabit musiqi tərzi yoxdur. Beləki, stabillik və özünütəkrar ölümə bərabərdir məntiqinə sadiq Qara müxtəlif tərzlərə müraciət etməyi sevir.
Sinqlları
Kliplər Videonun adı Çıxış tarixi Rejissoru Ssenari Daxil olduğu albom Keçmiş Yanvar, 2016 Araz Pourvatan Qara Dərviş Məktub Yorğun Avqust, 2016 Qara Dərviş Yağmur May, 2016 Ceyhun Şahverdiyev Yalandı dünya Oktyabr, 2016 Qara Dərviş
Qalereya
Həmçinin bax National Pearls Məktub
İstinadlar
Kateqoriya:Azərbaycan rok-musiqiçiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Qara Dərviş Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr bəstəkarları