X My Heart () — Azərbaycanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Aysel Məmmədova "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Pop üslubunda olan mahnı daha öncə Belarusun 2007, Ukraynanın 2008, Yunanıstanın 2009 və 2017, Rusiyanın 2014 və 2016, Azərbaycanın 2013 Avroviziya mahnılarını bəstələyən yunan bəstəkar Dimitris Kantopulos ilə Azərbaycanın 2010, 2011, 2012, 2015 və 2017 Avroviziya mahnılarını bəstələyən isveçli bəstəkar Sandra Byurmanın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnı Belçikanın 2017 Avroviziya mahnısı üzərində çalışan ingilis bəstəkar Tim Bran tərəfindən aranjman olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsindəki mahnılar Kateqoriya:2018 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:Azərbaycanın Avroviziya mahnıları Kateqoriya:2018-ci ilin mahnıları