Azad Abbaszadə (tam adı: Azad Abbasqulu oğlu Abbaszadə; d 3 fevral 1939, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1995), professor (1999).

Həyatı Azad Abbaszadə 1939-cu ilin fevral ayının 3-də Bakı şəhərində anadan olmuşdur. Professor Abbasqulu Abbaszadənin oğludur. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirmişdir.

Fəaliyyəti A. Abbaszadə 1976–2007-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2007 ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının kompüter mərkəzinin müdiridir.

Tədqiqatları Tədqiqatları maye kristalların fiziki xassələrinin öyrənilməsinə həsr olunmuşdur. Neft və qaz yataqlarının proqnozlaşdırılmasında kosmik informasiyalardan istifadə üçün fraktal həndəsə əsasında yeni üsullar təklif etmişdir. 140-dan artıq elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.

Həmçinin bax Vaqif Salmanov Solmaz Mustafayeva

Mənbə

İstinadlar