"İşıq" qəzeti — Azərbaycan milli mətbuatında ilk maarifçi qadın qəzeti.
XIX əsrin 70-ci illərindən yaranmış olan Azərbaycan milli mətbuatı sonrakı dövr ərzində inkişaf etmiş və milli mətbuat xalqın ictimai-siyasi , mədəni-ideoloji həyatının mühüm tərkib hissəsi olmaqda davam etmişdi.Xüsusilə XX əsrin əvvəllərindən, ictimai şüurun inkişafı nəticəsində qadın mətbuatının yaranması, qadın söz azadlığına şərait yaradılması üçün ictimai proseslər inkişaf etmişdi. XX əsrin əvvəlləri Azərbaycan milli mətbuatında qadınların öz hüquqları uğrunda mübarizə aparmağa başladığı dövrdür.Bu dövrdə əsas rol oynamış maarifçi xanımlar Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar idi. Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, Xədicə xanım Əlibəyova, Əminə xanım Əfəndiyeva, Şərqiyyə xanım Axundova, Səkinə xanım Axundova, Səltənət xanım Əmircanova, Rəhilə xanım Hacıbababəyova, Qəribsultan xanım Xanlarova və Ayşə xanım Hacıqasımova kimi maarifçi xanımların əsas məramı təhsil almaq istəyən müsəlman qızların təhsil almasına şərait yaradılması idi.
Maarifçilik ideyalarının cəmiyyət arasında artdığı dövrdə, İlk qadın xeyriyyəçilik-qəyyumluq ittifaqını istedadlı pedaqoqlar Məryəm Bayraməlibəyova və Rəfiqə Əzimzadə təşkil edə bildi. 1905-ci ildə Bakıda Əminə xanım Batrişina əmək fəaliyyətinə başladı. O, Rusiya müsəlman qadınları arasında ilk diplom əldə edən həkim idi. 1908-ci ildə Sona xanım Rəhimova-Vəlixan Peterburqda qadın tibb institutunu bitirən ilk azərbaycanlı qadın kimi tarixdə qaldı.Hüseynova D.S.Azərbaycan Ziyalıları XIX əsrin sonu-XX əsrin əvvəllərində.Tarix elmləri doktorluq dissertasiyasının avtoreferatı.Bakı, 1993, səh.12.
Yaranması Qəzetin məramı qadınlar arasında maarifçiliyi yaymaq, müsəlman qızların təhsil almasına şərait yaratmaq, savadsızlığı aradan qaldırmaq idi. 1911-ci il yanvarın 11-dən,1912-ci ilin sonuna kimi nəşr olunmuşdur 68 sayı işıq üzü görmüşdür. "İşıq"nın ilk sayı 1911-ci il yanvarın 22-də nəşr olunmuşdu. Bu mətbu orqanın davamlı nəşri 1912-ci ilin sonuna kimi davam etmişdi. Ümumi olaraq 68 çap sayı işıq üzü görməsinə baxmayaraq, bu maarifçi qəzet Azərbaycan xalqı içərisində ziyalı qadınların rolunun artmasına və qadın hüquqlarını təbliğ edən maarifçi yazıları ilə mətbuat tariximizdə ilk qadın qəzeti, maarifçi mətbuat orqanı kimi tarixin səhifələrində qalmışdır."İşıq" həftədə bir dəfə, şənbə günü nəşr olunan elmi-pedaqoji, ədəbi, təbabət və evdarlığa dair qadın məcmuəsi idi.Burada uşaq tərbiyəsi, ədəbiyyat, təbabət və evdarlıqla yanaşı, hüquqa, mədəniyyətə, şəriət qaydalarına , dünya xəbərlərinə aid müxtəlif guşələr olub. Qadınlar üçün olan bu ilk qəzetin nəşrinin maddi dəstəkçisi Hacı Zeynalabdin Tağıyev, onun məsul katibi isə Sona xanım olmuşdur.
1911-ci il nəşrləri Haşım Bəy Vəzirovun "Səda" mətbəəsində çap olunmuşdu.Bakı şəhər polis idarəsinin mətbəəsində 1912-ci ilə aid olan sayıları çıxmağa başlamışdı. "Kaspi" qəzeti bu hadisənin səhəri günü yazırdı: "Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan "İşıq" qəzetinin ilk nömrəsi tatar dilində (Azərbaycan dili) çapdan çıxıb.Bu maarifçi qəzet müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır. Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətlə yazırdı: "Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, əsasən evdarlıq və uşaqların təlim-tərbiyəsi bölmələri olacaqdır.Bundan əlavə, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir".Mədəniyyət. 2017, 1 fevral, No. 8 (1396)
Fəaliyyəti Qəzet bir tərəfdən mədəni tərəqqi və elm öyrənməyin əhəmiyyətindən bəhs edir, digər tərəfdən çadranı təbliğ edərək örtülülüyə haqq qazandırır, din məsələlərini, müsəlmançılığı üstün tuturdu. "İşıq" qəzetinin "Təlimi-nisvan" bölməsində verilən materiallar da maarifçilik problemlərini xüsusi olaraq göstərirdi.Bu yazılarda doğru olaraq göstərilirdi ki, övladın tərbiyəsi valdeynin tərbiyəsi ilə bağlıdır.Müsəlman qız məktəbinin türk dili müəllimi N.Nərimanova ananın öhdəsinə düşən vəzifələrin validəlik, mürəbbiyəlik, rəfiqəlik və vərəsəlikdən ibarət olduğunu qeyd edirdi."İşıq" qəzetinin əsas tədqiqatçılarından olan Amaliya Qasımovanın sözlərinə görə, sovet hakimiyyəti illərində "İşıq" qəzeti Azərbaycanda qadın mətbuatının bayraqdarı kimi tarixdə öz yerini tuta bilməyib: "Həmin illərdə bu qəzet burjua mətbuatı kimi qiymətləndirilərək tədqiqatlardan kənarda qalıb.Amma bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycanda müstəqillik illərində rus dilində nəşrə başlamış "Mir jenşini" qəzetini nəzərə almasaq, "İşıq" son yüz ildə ölkəmizdə ana dilində nəşr olunmuş yeganə qadın qəzetidir. Maarifçi xanımlardan olan Rəhilə Hacıbababəyova valdeynlərini itirmiş uşaqlara, yoxsul ailələrə yardım etmək məqsədilə 1914-cü il noyabrın 21-də Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətini təsis etmişdi.M.S.Tağıyeva cəmiyyətin idarə heyətinin sədri, Rəhilə Hacıbababəyova sədrin müavini, Əminə Ağayeva katib, Pəri Topçubaşova xəzinədar seçilmişdilər. Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetim və yoxsul uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi. Cəmiyyət Birinci dünya müharibəsində əsir düşmüş yaralı türk əsgərlərinə də yardım göstərmişdir.
1917-ci ilin oktyabrında Liza xanım Muxtarovanın sədrlik etdiyi Bakı müsəlman xeyriyyə cəmiyyəti yoxsul qızlar üçün peşə məktəbi açmışdı.Məktəbdə 4 ümumtəhsil sinif və 6 peşə bölməsi fəaliyyət göstərirdi. Türk dili, hesab, əl işi, biçmə və tikiş üzrə dərslər keçilirdi.1918-ci il mart qırğınları zamanı məktəb fəaliyyətini dayandırmışdı.
1919-cu ilin əvvəllərində cəmiyyət məktəbin işini yenidən bərpa etmişdi.Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məktəbin səmərəli işləməsi üçün cəmiyyətə 30 min manat vəsait ayırmışdı. Məktəb azərbaycanlı qızların savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynamışdır. Aprel işğalından (1920) sonra sonra cəmiyyət fəaliyyətini dayandırmışdı.Qəzet bir tərəfdən mədəni tərəqqi və elm öyrənməyin əhəmiyyətindən bəhs edir, digər tərəfdən çadranı təbliğ edərək örtülülüyə haqq qazandırır, din məsələlərini, müsəlmançılığı üstün tuturdu. "İşıq" qəzetinin "Təlimi-nisvan" bölməsində verilən materiallar da maarifçilik problemlərini xüsusi olaraq göstərirdi.Bu yazılarda doğru olaraq göstərilirdi ki, övladın tərbiyəsi valdeynin tərbiyəsi ilə bağlıdır.Müsəlman qız məktəbinin türk dili müəllimi N.Nərimanova ananın öhdəsinə düşən vəzifələrin validəlik, mürəbbiyəlik, rəfiqəlik və vərəsəlikdən ibarət olduğunu qeyd edirdi.."İşıq", 47, 1911, 12 fevral , No.4
Yaradıcı heyəti