() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir.
Statusu Adi saylıdır.
Qısa təsviri Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır. Dimdiyinin sarı hissəsi üçbucaq formalı qara rəngə daxil olur; qara və sarı rənglərin birləşməsi iti bucaq əmələ gətirir. Cavan quşun dimdiyi çəhrayıdır, yalnız ucu qaradır.
Yayılması Reproduktiv arealı Avropa və Asiyada yerləşib. Azərbaycana qışlamaq üçün gəlir və buradan keçən miqrant populyasiyası da var. Əsas qışlama yeri Xəzər dənizi və düzənlik rayonlarda olan böyük hövzələrdir. Adətən dekabr ayında gəlir, fevralda-martda reproduksiya yerinə (vətəninə) qayıdır. Amma qalın qarlı-şaxtalı illərdə ləngiyib aprel ayına qədər qalır, hətta populyasiyasının müəyyən qədəri qırılır.
Yaşayış yeri və həyat tərzi Ruhani mədəniyyətli yerli əhali qulələk cinsinə (Cygnus) "Məlakə" adı verib. Azərbaycanda tək-tək ovçulardan savayı heç kim bu quşa atəş açmır. Ona görə də populyasiyanın sıxlığı dinamik-stabil qalır.
Məhdudlaşdırıcı amillər Qışın uzun müddət qarlı-şaxtalı keçməsi, Rusiyada daha çox sərt olması.
Əhali üçün əhəmiyyəti Elmi, estetik və dekorativ əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxildir. Şirvan, Ağgöl və Abşeron milli parklarında, Qızılağac Dövlət Təbiət Qoruğunda nəzarət altında saxlanılır.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Ekoloji qanunçuluğa tam riayət olunması, qış sərt keçən vaxtlarda əsas qışlaq yerlərində əlavə yemləndirilməsi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar Kateqoriya:Finlandiyanın dövlət rəmzləri