Çirkin Kral bağışlamaz filmi rejissor və ssenarist Yılmaz Güney tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. Dram, cinayət, bədii janrda olan film "İrfanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Yılmaz Güney, Nəbahat Çehrə, İldırım Gəncər, Ənis Fosforoğlu, Nuran Ağsoy, Tuncər Nəcmioğlu ifa edirlər. Çirkin Kral bağışlamaz — Sinemalar.com

Məzmun Mustafa İşıq fabrikdə işləyir. Fabrikin müdiri fabrikdə 2 nəfəri öldürüb, günahı Mustafanın üzərinə atır. Mustafa edamla mühakirə olunur. Çarəsiz Mustafa bacısını çağırıb, onun illər əvvəl Yusif Dağçı adında bir düşməni olduğunu, hətta Mustafanı öldürmək istəyəndə silahı cibinə qoyub: "Səni ölümdən ən çox qorxduğun an öldürəcəyəm" deyir. Mustafa bacısına bu sözləri deyir və ardınca deyir ki, çağır onu məni o gəlib öldürsün. Bacısı Yusifi çağırır. Yusif silahından güllə çıxarıb ona göstərir, deyir ki, bu sənin gülləndir…

Film haqqında Filmin çəkilişlərinə Cümhuriyyət Un Fabrikinin rəhbəri Həsən Atıl böyük kömək göstərmişdir. Film 19 iyun 1967-ci ildə Şən və Klub kinoteatrlarında göstərilmişdir.

Filmin heyəti Rejissor: Yılmaz Atadeniz Ssenari müəllifi: Yılmaz Güney Operator: Rüfət Şirinər Prodüser: İrfan Atasoy Rəssam: Yılmaz Güney Bəstəkar: Nəcib Sarıcıoğlu İşıq: Mehmet Çaxar Rejissor asistenti: Çətin İnanc Səhnələrin quraşdırılması: Cəlal Kəskin İkinci operator: Mustafa Kent Afişa: İbrahim Ənəz Səs rejissoru: Nəcib Sarıcıoğlu Səs operatoru: Fəhmi Acar

Rollarda Yılmaz Güney — Yusif Dağçı Nəbahat Çehrə — Ayşə İldırım Gəncər — İldırımNuran Ağsoy — İldırımın sevgilisi Tuncər Nəcmioğlu — Mustafa İşıq Ənis Fosforoğlu — Ərdoğan

Filmi səsləndirənlər Ticən Par Ərdoğan Əsənboğa Əbdürrəhman Palay Timuçin Caymaz Vala Önəngüt Nəvin Ağqaya

İstinadlar

Kateqoriya:Türkiyə filmləri