Naxçıvanda sənətkarlıq-Naxçıvan Muxtar Respublikasında sənətkarlıq.
Haqqında Orta əsrlər dövrü Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Naxçıvan bölgəsində də bir çox sənət sahələri inkişaf etmiş və burada müxtəlif sənətkarların cəm olduğu sənətkarlıq mərkəzləri yaradılmışdır. Naxçıvan ustalarının hazırladıqları sənətkarlıq məmulatları demək olar ki, Yaxın Şərqdə özünəməxsus yer tutmuş və şöhrət tapmışdır. Bunlar içərisində dulusçuluq, daşişləmə, ağacişləmə, toxuculuq, misgərlik, zərgərlik, boyaqçılıq, ipəkçilik, və s. sənətkarlıq mərkəzlərini nümunə göstərmək olar. Mənbələrin verdiyi məlumata görə mərkəzləşmiş sənətkarlıq sahələrinin inkişafı o dövrdə ölkənin iqtisadiyyatında, məişətində, ticarət əlaqələrinin genişlənməsində böyük əhəmiyyətə malik olmuşdur. Həmçinin orta əsr Azərbaycan şəhərlərində sənətkarlıq təşkilatları sənət və peşə sahələrinin tənzimlənməsində mühüm rol oynamışdır (1, s. 313).Süleymanov N. M. Səfəvi dövlətinin təsərrüfat həyatı. Bakı: Elm, 2006, 400 s. T. Dostiyev yazır ki, IX–X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkünsə, XI–XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənət istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi. Orta əsrlərdə Azərbaycan şəhərlərinin inkişafının iqtisadi əsasını sənət istehsalı və ticarət təşkil edirdi (2).Azerbaycanin-orta-esr-seherlerinde-senetkarligin-inkisafina-dair-Azərbaycan tarixi: 7 cilddə, III c., Bakı: Elm, 1999, 584 s.
Sənətkarlar Orta əsrlərdə Azərbaycanda şəhər əhalisinin əsas hissəsini sənətkarlar təşkil edirdi. Sənətkarlar əsasən üç qrupa bölünürdü: fərdi fəaliyyət göstərən sənətkarlar xüsusi təşkilatlarda (əsnaflarda) birləşmiş sənətkarlar iri feodal emalatxanalarında çalışan sənətkarlar: (3, s. 282).Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 264 s
Sənətkarlar evlərdə işləməklə bərabər emalatxanalarda da birləşirdi. Sənətkarlıq emalatxanaları, əsasən karvansara və bazarlarda yerləşirdi.Григорьев В. Статистическое описание Нахичеванской провинций. –СПб.,1833, 263 с. Azərbaycanın qədim diyarı olan Naxçıvan bölgəsi də o dövrdə sənətkarlıq mərkəzlərinin inkişaf etdiyi ərazilərdən biri idi. Naxçıvanda sənətkarlıq mərkəzlərindən danışdıqda hələ ən qədim dövrlərdən meydana gələn daşyonma sənətini xüsusi qeyd etmək lazımdır. Bu sənətin yüksək səviyyədə inkişafı orta əsrlərdə bölgədə bir çox daşyonma mərkəzlərinin yaranmasına səbəb olmuşdu. Bunu bölgədə uzun müddət fəaliyyət göstərmiş daşyonma, daş üzərində işləmə mərkəzləri təsdiq edir. Naxçıvanda əhalisinin təlabatını təmin edən daşyonma mərkəzləri uzun müddət öz fəaliyyət dairələrini genişləndirmiş və qoruyub saxlamışdır. Həmin mərkəzlərin əhəmiyyətli mövqeyi ölkəyə gələn səyyah və tarixçilərin də diqqətini cəlb etmiş və onlar bu barədə zəngin, maraqlı məlumatlar vermişlər.
Dulusçuluq Ən qədim sənət növlərindən biri də dulusçuluq sənəti idi. Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan ərazisində e.ə. VII–VI minilliklərdə yaranmışdır. Arxeoloji materiallar göstərir ki, Eneolit və Tunc dövrlərinə aid gil qablar dulus çarxlarında hazırlanmış və xüsusi kürələrdə bişirilmişdir. Dulus kürələrinin ən qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunmuşdur. Keramika məmulatı istehsalı Azərbaycan sənətkarlığının uzunmüddətli və sabit ənənələrini yaşadan əhalinin müxtəlif təlabatlarını ödəyən mühüm sahəsi olmuşdur. Orta əsrlər dövrü dulusçuluq istehsalı yüksək inkişaf səviyyəsinə çatmışdı. Naxçıvan diyarı müxtəlif gillərlə zəngindir. Burada əhalinin gil qablara ehtiyacını ödəyən və yerli gildən istifadə edən kustar dulusçuluq emalatxanaları fəaliyyət göstərmişdir. C. Mustafayev aparılan araşdırmalara əsasən yazır ki, Naxçıvan xanlığının Rusiya tərəfindən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışırdı. Həmin dövrdə Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehcan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyət göstərməsi haqqında da məlumat var (10).Həbubullayev O. Kültəpədə arxeoloji qazıntılar. Bakı: 1959, Azərbaycan SSR EA nəşriyyatı, 133 s . XVIII əsrin sonu–XIX əsrin əvvəllərində bir çox sənət sahələrinin inkişaf etdiyi Ordubadda dulusçuluq nisbətən daha geniş yayılmışdı. Arxeoloji qazıntılar zamanı əldə olunan maddi mədəniyyət nümunələri və orta əsr qaynaqları təsdiq edirlər ki, Azərbaycanda qədim zamanlardan bəri inkişaf etmiş sənətkarlıq sahələrindən biri də metalişləmə sənəti idi. Orta əsrlər dövrü Naxçıvan eyni zamanda dünyanın qədim metal işləmə ocaqlarından biri idi. Metal emalının əsas sahələri misgərlik və dəmirçilik idi. Naxçıvanda ən qədim mis əşyalar Kültəpə yaşayış yerindən aşkar edilmişdir. I Kültəpə qədim yaşayış məskənindən tapılmış sancaq, bıçaq, biz, muncuq, nizə ucluğu kimi mis alətlər misgərliyin Naxçıvanda hələ ən qədim zamanlardan mövcud oldugunu göstərir. Azərbaycan ərazisi mis yataqları ilə zəngindir. Bu cür mədənlərin hələ orta əsrlər dövründən qədim diyarımızda olduğunu təsdiqləyən bir çox məlumatlar vardır. Tədqiqatçılar verdiyi məlumata görə Azərbaycanda mis məmulatının hazırlanması üçün zəruri olan xam metal Qafan və Naxçıvan bölgələrində hasil edilirdi .Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 264 s . Təbii ki, Naxçıvanda bu sənətin inkişagı üçün yerli xammalın olması da əsas şərtlərdən biri idi. Həmdüllah Qəzvini "Nuzhət əl-qulub" əsərində göstərir ki, Naxçıvanda Əncan adlı yer vardır ki, bura Karxana da deyirlər, onun yaxınlığında mis mədənləri yerləşir. Müəllifin qeydlərindən aydın olur ki, bu mədənlərdən əldə edilən xammalın emal olunması və ondan müxtəlif sənətkarlıq məhsullarının hazırlanması üçün onun yaxınlığında emalatxanalar (o dövrdə karxanalar adlandırılırdı) fəaliyyət göstərirmişdir. Misgərliyin bir sənət kimi təşəkkülü artıq orta əsrlərdə bir sıra böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarmışdı.
Misgərlik Bölgədə mis mədənlərinin olması misgərliyin inkişafına geniş imkan yaratmışdı. Həmin mədənlərdə əsasən müxtəlif ev avadanlığı və təsərrüfat əşyaları hazırlanırdı. XV əsrdə mis qablar əhalinin geniş təbəqələrinin, əyanların məişətində özünəməxsus yer tutmuşdur. Hətta Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında əsas qab-qacaq misdən idi. 1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarini qeyd edirdi ki, burada hər gün hökmdarın əhatəsində təxminən 400 nəfərə mis qablarda yemək verilir. Naxçıvanlı ustaların hazırladıqları mis əşyalar nəinki Azərbaycanda və yaxud Şərqdə şöhrət tapmış, hətta bu cür nümunələr Avropa dövlətlərinin muzeylərində saxlanılaraq bu gün də nümayiş etdirilir. Buna misal olaraq bədii metal ustası Osman ibn Salman Naxçıvaninin Fransanın Luvr muzeyində saxlanılan oyma naxışlarla bəzədilmiş bürünc dolçasını nümunə göstərmək olar.Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 264 s. Maraqlı faktlardan biri də odur ki, mis üzərində işləyən sənətkarlar öz imzalarını düzəltdikləri əşya üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanılan Azərbaycan mədəniyyətinin təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün olmamışdır. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilir. Xörək qabları, süfrə qabları, su qabları, ağartı qabları və məişət əşyaları. Ustaların misdən hazırladıqları dolça, satıl, sərnic, məcməyi, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə illər ərzində tanınmışdır. Bu qədim sənət növü Mis dövründən cilalana-cilalana müasir dövrümüzə qədər gəlib çatıb. Metalişləmə sənətinin üçüncü başlıca sahəsi zinət əşyaları istehsal edən zərgərlik sənətidir. Bu sənət sırf şəhər sənətkarlığı idi. Azərbaycanın ayrılmaz bölgəsi olan qədim Naxçıvan diyarında da arxeoloji qazıntılar zamanı zərgərlik sənətinə aid çoxlu nümunələr əldə edilmişdir. I Kültəpə qədim yaşayış məskənindən tapılmış qızıl məftildən hazırlanmış sırğa, tuncdan sipiralvari girdə asmalar, biləziklər, müxtəlif formalı tunc sırğalar və s. kimi arxeoloji materiallar bunu təsdiq edir. Naxçıvanda zərgərlik sənətinin orta əsrlər dövründə inkişaf etdiyini göstərən çoxlu sayda kişi və qadın gümüş kəmərləri, gümüş toqqalar, gümüş boyunbağılar, sırğalar, qadın zinət əşyası olan qızıl çəngəl, qızıl boğazaltı çəçik və s. günümüzədək gəlib çatmışdır. Bu cür nümunələrə insanların zinət əşyaları içərisində rast gəlməklə yanaşı, həmçinin belə nümunələr Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılan zərgərlik sənətinə aid nümunələr arasında daha çoxdur. Zərgərlərlik sənəti çox incə bir sənət sahəsi olmaqla yanaşı, iş prosesi də sənətkarda böyük zəhmət tələb edir. Hər hansı bir zinət əşyasını düzəltmək üçün əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullardan geniş istifadə edilir.
Qalayçılıq Naxçıvan diyarının yaşı əsrlərə bərabər olan sənətkarlıq sahələrindən biri də qalayçılıqdır. Qalayçılıq — mis qabların pas atmaması üçün qalaylanması ilə əlaqədar peşə sahəsidir. Qalay eyni zamanda mis qablarda hazırlanan xörəklərdə qida zəhərlənməsinin qarşısını da alırdı. Bu sənətkarlıq sahəsi uzun müddət səyyar xidmət göstərmişdir. XVII əsrdə İranda və Azərbaycanda olmuş franasız səyyahı İ. Şarden qalayçıların daimi fəaliyyət göstərən emalatxanalarının olmadığını, qalayçının şagirdi ilə birlikdə bir kisə kömürdən, dəmirçi körüyündən, soda və naşatrdan ibarət emalatxanasını istədiyi yerdə, həyətin küncündə, bağda quraşdıra bildiyi göstərir. Bu sənəti digərlərindən fərqəndirən cəhətlərindən biri də qalayçının asanlıqla öz iş yerini bir yerdən başqa yerə daşıya və istənilən yerdə quraşdıra bilməsidir. XVIII əsrdən başlayaraq qalayçılar bir növ oturaq fəaliyyət östərməyə başlmış, şəhərlərdə daimi fəaliyyət göstərən qalayçı emalatxanaları yaratmışdır. XIX əsrdə həm Naxçıvanda, həm də Ordubadda fəaliyyət göstərən qalayçıların olması barədə mənbələrdə məlumat vardır.
Mis qabın qalaylanması prosesi isə aşağıdakı kimidir. Mis qablar qalaynaması üçün qab əvvəlcə paxırından təmizlənirdi. Daha sonra torpaqda kiçik çala qazıb orada kömür yandırılır, qalay əridilərək maye halına salınır və təmizlənmiş qab möhkəm isidilirdi. Qalayçı əlinə geymiş olduğu qalın əlcəkli əlinin içərisini qalaya batıraraq isidilmiş qabın daxili səthinə cəld şəkildə sürtərək qabın içərisini qalaylayırdı. Qalayçı emalatxanasının rəsmini XX əsr Naxçıvanlı rəssam Şəmil Qazıyev "Qalayçılar" əsərində təsvir etmişdir. XIX əsrin sonlarından başlayaraq misgərlik sənəti zəifləməyə başlayır. Məişətdə artıq mis əşyaları sənaye məhsulları əvəz etməyə başlayır. Misgərlik sənətinin zəifləməsi öz növbəsində qalayçılıq sənətinin zəifləməsinə gətirib çıxardır. Səyyarə şəkildə XX əsrin ikinci yarısına kimi fəaliyyət göstərən qalayçılıq bu gün tənəzzül etmişdir.
Naxçıvanda 1831-ci ildə 4, 1848-ci ildə 3, 1864-cü ildə 5, 1865-ci ildə 9 qalayçı fəaliyyət göstərmişdirŞahverdiyev Z. Naxçıvan tarixi (XIX əsr XX əsrin əvvəllərində). Bakı: Mürtəcim, 2014, 204 s.. ). Ordubadda 1832-ci ildə 4, 1852-ci ildə 4, 1859-cu ildə 6, 1865-ci ildə 4, 1867-ci ildə 10 qalayçı fəaliyyət göstərmişdirMuradov Vidadi Aydın. Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII–XX əsrin əvvəlləri). Bakı: "Elm", 2017, 64 s..
Xalçaçılıq