() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinin növünə aid heyvan yarımnövü. Bu yarımnöv Tibet yaylasının şərqində yayılmışdır. Qonur ayıların ən az yayılmış yarımnövüdür. Təbiətdə olduqca az görülür. Avropada bir neçə dərisi və skeleti vardır. 1854-cü ildə qeydə alınmışdır.
Təsnifatı Tibet qonur ayısı bəzən Qobi qonur ayısı (Ursus arctos gobiensis) ilə eyniləşdirilir. Onların relik canlı olmararı əsas gətirilir. Ancaq terioloqlar Vladimir Sokolov və Viktor Orlov bu iki ayı başlarının bir-birinə oxşamamasını bildirirlər. Onlar Tibet qonur ayısının başını daha çox Himalay qonur ayısına (Ursus arctos isabellinus) bənzədiyini iddia edirlər. Bir müddət sonra bu iki alim Qobi ayısını ayrıca yarımnöv olaraq təstiqləmişlər.
Yayılma ərazisi və həyat tərzi Əsasən yüksək dağlıq ərazilərdə yayılmışlar. Ümumilikdə isə onlar haqqında məlumat olduqca azdır. Kiçik məməlilər və otlala qidalanırlar.
Təhlükə və qorunması Bu canlıların dəqiq sayı məlum deyildir. Onlar Beynəlxalq Təbiəti mühafizə birliyinin Qırmızı kitabına daxil edilmişdir. Onların sayına mənfi təsir göstərən amil ənənəvi Asiya tibbində istifadə edilməsidir.
Mədəniyyətə təsiri Tibet qonur ayısı Qar adamı obrazının mümkün variantı hesab edilirdi. 1960-cı ildə Edmund Hillari bunu araşdırmaq məqsədi ilə Tibet dağlarına çıxmışdır. Qayıdarkən onlar iki xəz gətirmiçlər. Yerli əhali bunu Qar adamının xəzi olmasını bildirmişdir. Sonrakı araşdırmalar bu xəzlərin Tibet qonur ayısına məxsus olmasını müəyyən etmişlər.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər