Bezmindağ-Qubadlı rayonu ərazisində dağ.
Toponimi Həkəri və onun qolu Xoşgədik Çayları arasında, Muradxanlı kəndindən şərqdədir. Bizmindağ variantında da qeydə alınmışdır. Oronim biz (qəd. türk. "şiş"), min (qəd. türk."burun") və dağ komponentlərindən düzəlib, "Şişburun dağ" deməkdir. Dağda Bizmin adlı qalanın qalıqları mövcuddur. Türkmənistan ərazisində Köpetdağın ətəyində Bezmein adlı şəhərin olduğu da məlumdur.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007 Həmçinin bax Qarabağ silsiləsi
Xarici keçid Qubadlı İstinadlar
Kateqoriya:Qubadlı rayonunun dağları