Sergey Bodrov () — sovet və rus kinorejissoru, ssenaristi, prodüseri və aktyoru. "Qafqaz əsiri" və "Monqol" filmlərinə görə iki dəfə "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub.
Aktyor və kinorejissor Sergey Bodrovun (27 dekabr 1971 — 20 sentyabr 2002) atası.
Həyatı Sergey Bodrov 28 iyun 1948-ci ildə Xabarovskda anadan olub. Karyerasını jurnalist kimi başlayıb. 1970-ci ildə o, "Krokodil" jurnalının keçirdiyi "Ən yaxşı satirik və yumoristik hekayə" müsabiqəsində üçüncü yeri tutub.Журнал "Крокодил", № 36, 1970 год 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib. Elə həmin ildə də Kommunist Partiyasına üzv olub.БОДРОВ Сергей Владимирович Кино: Энциклопедический словарь/Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.- М.: Сов. энциклопедия, 1987.- 640 с., 96 л. ил.
1978-ci ildə Sergey Bodrovun ssenarist kimi debütü baş tutub ("Boşboğaz"). Sonralar onun ssenariləri əsasında iyirmidən çox film çəkilib.
Sergey Bodrov 1980-ci illərdə özünü rejissor kimi sınamağa başlayır və "Otun içində şirin şirə" (1984), "Qeyri-peşəkarlar" (1985) (Turində keçirilən festivalda münsiflər heyətinin xüsusi mükafatını qazanıb), "Mən sənə nifrət edirəm" (1986), "Dələduz" (1989) və "SER" (1989) filmlərini çəkir. Sergey Bodrov 90-cı illərdə ABŞ-yə köçür və orada öz həyat yoldaşı Kerolin Kavalero ilə birlikdə işləməyə başlayır. O, 1992-ci ildən Los-Ancelesdə yaşayır və işləyir.
Birinci Çeçen-Rus Müharibəsi barədə çəkdiyi "Qafqaz əsiri" filmi 1997-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyası da daxil olmaqla beş nominasiyada "Nika" mükafatını əldə etmişdir. Film bundan əlavə, "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub.
Sergey Bodrov bir neçə hekayə və felyetonlar toplusunun müəllifidir. 1991-ci ildə Fransada onun "Azadlıq = cənnət" adlı kitabı nəşr olunub.
Oğlu — aktyor və kinorejissor Sergey Bodrov (1971–2002), rejissoru olduğu "Rabitəçi" filminin çəkilişi zamanı Şimali Osetiyadakı Karmadon dərəsində buz uçqunu zamanı həlak olub.
Filmoqrafiya İlFilmin adıVəzifəsiQeydlər1960İlk görüşAktyorEpizodik rol1974Müharibə səsləriRejissorQısametrajlı filmFitilSsenaristKinojurnal № 1391978Boşboğaz1979Mənim Anfisam1981Mexanik Qavrilovun sevimli qadınıSsenarist, aktyorMatros rolunda1983Gənc insanlarSsenaristUzun süd yolu1984Ən vacib şəxsOtun içində şirin şirəRejissor, ssenaristYurka — komandirin oğluSsenarist1985Ərə getməyin, qızlarYaşıl təpələrdəki evimQeyri-peşəkarlarRejissor, ssenarist1986Bəyaz və çilli özgəAktyorEpizodMən sənə nifrət edirəmRejissor, ssenaristTelefilm1988Köməyə, qardaşlar!SsenaristFransız1989DələduzRejissor, ssenaristSERDəliSsenarist…Və bütün məhəbbətOğul1990San-Remodakı bizim adam1991Cənnət quşu1992Ağ kral, qırmızı kraliçaRejissor, ssenaristMən mələkləri görmək istəyirdim1994Kimisə sevməkSsenarist, assosiativ prodüser1995Gizli məktublarRejissor köməkçisi1996Qafqaz əsiriRejissor, ssenarist, prodüser1999Azad qaçanRejissorŞərq-QərbSsenarist2001Gəl bu işi tez görəkRejissor, ssenarist, prodüserBacılarSsenarist2002Ayı öpüşüRejissor, ssenarist, prodüser2004ŞizaSsenarist, prodüser2005KöçəriRejissor2007MonqolRejissor, ssenarist, prodüserSərxoş dənizçiSənədli film2008PullarSsenarist, prodüserİnsan hüquqları haqqında tarixçələrRejissor, ssenarist, prodüserKinoalmanax ("Səs" bölümü)Mustafa ŞokaySsenaristMorfiAktyorEpizod200942. Təxəyyülün bir sıçrayışıRejissorKinoalmanax (1 novella)2010Yakudzanın qızıRejissor, ssenarist, prodüser2014Yeddinci oğulRejissorDinləməProdüserQısametrajlı filmDarxanSənədli film2015Kuboklar cəngavəriAktyorSergey rolunda2020KalaşnikovSsenarist, prodüser2022Sərbəst nəfəs alınRejissor, ssenaristİstehsaldadır
İstinadlar
Xarici keçidlər
Sergey Bodrov Ruskino.ru saytında Sergey Bodrov Kinomania.ru saytında
Kateqoriya:Xabarovskda doğulanlar Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Bodrovlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya Federasiyasının xalq artistləri Kateqoriya:SSRİ kinorejissorları